Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-71/2024 05.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X7 təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 9000 manat məbləğində pul vəsaiti və 116 manat dövlət rüsumu qismində pul tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Samux rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Buna görədə icra sənədinin icrasını təmin etmək məqsədilə, borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar, borclular və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2104/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X6 və nümayəndəsi, vəkil X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 saylı mülki iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş, 9000 (doqquz min) manat məbləğində pul və iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 116 (bir yüz on altı) manat məbləğində pul cavabdehlər Borclu2, Borclu5, Borclu1, Borclu3 Rakif oğlu və X2 birgə qaydada alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, Borclu5 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərində göstərilən tələblərin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclular Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası tələb olunmuş, icra sənədinin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclularnun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı borclular Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödəməli olduğu borclarından azad edilmədiyi, lakin borcluların bu qətnaməni könüllü olaraq icra etmədikləri, görülmüş məcburi icra tədbirlərinin heç bir nəticə vermədiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə borclular Borclu1, Borclu2, Borclu3, Borclu4 və Borclu5 ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1976-cı il tarixdə Samux rayonu Qarabağlar kəndində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan Borclu1, xx.xx.1996-cı il tarixdə Samux rayonu Qarabağlar kəndində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan Borclu2, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş və Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olan Borclu3, xx.xx.1967-ci il tarixdə Samux rayonu Qarabağlar kəndində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan Borclu4, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində doğulmuş və Samux rayonu Qarabağlar kəndində qeydiyyatda olan Borclu5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-71/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-71/2024
05.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver