Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-74/2024 11.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu X3 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-1413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-1413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılan Samux Rayon Məhkəməsinin 2(058)-1413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1319,91 manat kredit borcu tutularaq "xxxx" QSC-nin xeyrinə və xx.xx.2023-cü il tarixdə icraata başladığı 2(058)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 302.7 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-in xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş, icraat başlanılmış, borcluya icraata başlamaq haqqında qərarların surəti və bildirşlər göndərilmişdir. Borcluya müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. Hal-hazırda borclunun Samux Rayon Məhkəməsinin 2(058)-1413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə 1319.91 manat və 2(058)- 789/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə isə 332.7 manat qalıq borcu vardır. Borclu yaşadığı ünvana gedilsə də həmin ünvanda olmamışdır. Ərazi üzrə sahə müvəkkili tərəfindən borclu ilə fərdi söhbət aparılmış, söhbət zamanı Borclu Samux rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə məlumatlandırılmışdır. Bundan sonra borclu heç bir üzürlü səbəb göstərmədən İcra və Probasiya şöbəsinə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-1413/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşları xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan, hazırda həmin ünvanda yaşayan Borclu, xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan, hazırda həmin ünvanda yaşayan X1 və xx.xx.1961-ci ildə Xanlar rayonunda anadan olmuş, ünvan 3 ünvanda yaşayan X2 əsas borc kimi 808.63 manat, faiz borcu kimi 410,42 manat, 80.86 manat cərimə, cəmi 1299.91 (bir min iki yüz doxsan doqquz manat doxsan bir qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutularaq kreditor "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 04 avqust 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Samux Rayon Məhkəməsinin 2(058)- 1413/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2020-ci il tarixli müqavilə üzrə 293,7 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 328,7 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Samux Rayon Məhkəməsinin 2(058)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarın surətindən görünür ki, Samux şəhərində yaşayan Borclu Samux Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Samux rayonun Kolayır kəndində qeydiyyatda olan Borclu Samux Rayon Məhkəməsinin 2(058)-1413/2017 saylı, xx.xx.2017-ci il tarixli və Samux Rayon Məhkəməsinin 2(058)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-74/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-74/2024
11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver