Məhkəmə qərarları › İş №8(058)-77/2023

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-77/2023

28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-77/2023 28.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Samux Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(058)-117/2023 nömrəli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada cəmi 9749,07 manat məbləğində pul vəsaiti və 177,9 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru, borclu və tələbkar təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata, tərəflərin və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Samux Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2(058)-117/2023 nömrəli icra sənədinə əsasən Borclu1dan və Borclu2 müştərək qaydada cəmi 9749,07 manat məbləğində pul vəsaiti və 177,9 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata qəbul edildikdən sora könüllü olaraq icra sənədində göstərilmiş məbləğin ödənilməsi barədə müvafiq qaydada Borclu1 və Borclu2 bildiriş göndərilmişdir. Nəticə olaraq borclular tələbkara olan borcunu ödəməmişdir. Lakin ona borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıqlar edilməsinə baxmayaraq bu günə kimi borcunu qərəzli olaraq tam şəkildə ödəməkdən boyun qaçırır, icra şöbəsinin çağırışlarına gəlmirlər. Bundan əlavə borcluların əmlakı hesabına tələbin ödənilməsi üçün müvafiq dövlət orqanlarına sorğular verilmiş, borcluların adlarına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(058)-117/2023 nömrəli icra vərəqəsinə əsasən borclular Borclu1 və Borclu2 könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişlər. İcra sənədinin vaxtında borclu tərəfindən icra edilməməsi, onun Azərbaycan Respublikası ərazisini tərk etmək ehtimalının olması və bunun nəticəsində icra sənədinin icrasız qalmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədini tam icra edənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclular Borclu1 və Borclu2 ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-117/2023 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar