Məhkəmə qərarları › İş №8(058)-84/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-84/2024

04.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-84/2024 04.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin İ dərəcəli ədliyyə qulluqçusu X5 təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu barəsində məcburi icra tədbirlərinin, yəni onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2024-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Samux Rayon Məhkəməsinin 2(058)- 779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqların görünür ki, Borclu icra sənədini icra etməyəcəyi təqdirdə onun barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı və məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Aktın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Samux rayonun Əhmədbəyli kəndində yaşadığı evində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclularnun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara aliment ödəməli olduğu, aliment borcundan azad edilmədiyi, lakin borclunun bu qətnaməni könüllü olaraq icra etmədiyi, görülmüş məcburi icra tədbirlərinin heç bir nəticə vermədiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra olunanadək xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar