Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-86/2024 15.11.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, tələbkar X3 iştirakı ilə, Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X12 təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci il tarixində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu X2 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixində Samux rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X5 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tələbkar X9 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Təqdimata əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment X2 tutularaq iddiaçı X7 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu X5 Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 216/2020 saylı, xx.xx.2020-ci il tarixdə göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, X1 Rayon Alıuşağı kəndində nümayəndəliyin ərazisində məskunlaşmış, halhazırda nümayəndəliyin ərazisində yaşayır və pay torpaq sahəsi malqarası olamamsı qeyd olunmuşdur. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Alıuşağı kənd İnzibati Ərazi Dairəsinin üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X1 Rayon Alıuşağı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ərazidə yaşamaması qeyd olunmuşdur. 29 sentyabr 2020-ci il tarixli borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında qərarın surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Gəncə şəhərində anadan olmuş, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olan X4 barəsində axtarış elan oluması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu X4 Samux rayonu Alıuşağı kəndində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu X5 icra sənədini icra etməyəcəyi təqdirdə onun barəsində məcburi icra tədbirlərinin tətbiq olunacağı və məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclularnun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı X4 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara aliment ödəməli olduğu, aliment borcundan azad edilmədiyi, lakin borclunun bu qətnaməni könüllü olaraq icra etmədiyi, görülmüş məcburi icra tədbirlərinin heç bir nəticə vermədiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X4 ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-216/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra olunanadək xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olan X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-86/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-86/2024
15.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver