Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-91/2023 03.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 456,28 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata qəbul edildikdən sonra könüllü olaraq icra sənədində göstərilmiş məbləğin ödənilməsi üçün müvafiq qaydada Borclu bildiriş göndərilmiş, lakin o, bocu ödəməmişdir. Borcluya borcun ödənilməsi ilə əlaqədar xəbədarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. Buna görə də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2021ci il tarixli, LUM000276 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 400 manat əsas borc , 56,28 manat cərimə borcu, cəmi 456,28 manat və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 24 avqust 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Samux Rayon Məhkəməsinin 2(058)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki ki, ona icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclularnun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı Borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara borcunu ödəməli olduğu, borcundan azad edilmədiyi, lakin borclunun bu qətnaməni könüllü olaraq icra etmədiyi, görülmüş məcburi icra tədbirlərinin heç bir nəticə vermədiyi, borclunun tələbin yönələ biləcəyi əmlakının aşkar edilmədiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunanadək xx.xx.1989-cu il tarixdə Samux rayonunda doğulmuş, Samux rayonu Ağasıbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-91/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-91/2023
03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver