Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-94/2023 26.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədovun, X1, Borclu iştirakı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-737/2023 nömrəli icra sənədi üzrə avtomobilin üzərinə həbs qoyulmasına dair Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov Borclu məxsus olan “VAZ” 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-737/2023 nömrəli icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment pulu alınaraq, X2 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru icra məmuru Şamxal Məmmədov bildirdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-737/2023 nömrəli icra sənədinə əsasən Borclu 300 manat sabit pul məbləğində aliment pulu alınaraq, X2 xeyrinə ödənilməlidir. Hazırda borclunun 900 manat aliment borcu var, lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq, borcundan ödəniş etməmişdir. Məhkəmədən təqdimatın təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, onun aliment borcu var, hazırda maddi imkanı yoxdur ki, borcunu ödəsin. Məhkəmədən təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin və Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədovun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-737/2023 nömrəli icra sənədinə əsasən Borclu 300 manat sabit pul məbləğində aliment pulu alınaraq X2 xeyrinə ödənilməlidir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(058)-737/2023 nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə borcluya tələbin könüllü icrası üçün rəsmi bildiriş göndərilmiş, ancaq borclu tələbin könüllü yerinə yetirməmişdir. Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar edilsədə borclu tələbkarın xeyrinə tam ödəniş etməmişdir. Borclunun bu günə kimi 900 manat aliment borcu yaranmışdır. Sözü gedən icra sənədinin icrası ilə əlaqədar borclunun gəlir və əmlakı barəsində “Elektron İcra” İnformasiya sistemində əldə olunmuş məlumata əsasən Borclu məxsus “VAZ” 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu məxsus “VAZ” 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması müvafiqdir. Təqdimata əlavə edilmiş “nəqliyyat vasitəsi barədə məlumatın" surətindən görünür ki, Borclu məxsus “VAZ” 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.6-cı maddəsinə görə isə konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ” 2106 markalı, **- BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45, 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ” 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №8(058)-94/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-94/2023
26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver