Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(058)-98/2023 19.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Şamxal Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin 2(058)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 2(058)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 570 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borcluya müxtəlif tarixlərdə rəsmi xəbərdarlıqlar edilmiş, şöbəyə dəvət olunmuş, lakin heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən Borclu məcburi qaydada Samux rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-337/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Borclu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 570 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq iddiaçı X1 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu tələbin 10 gün müddətində könüllü icrası xahiş olunmuşdur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Borclu icra sənədinin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Borclu məcburi qaydada Samux rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında “Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 268, 395, 396-cı maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1978-ci ildə Samux rayonunda doğulmuş, Samux rayonu Alıuşağı kəndində qeydiyyatda olan Borclu Samux Rayon Məhkəməsinin 2(058)-337/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Samux Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №8(058)-98/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №8(058)-98/2023
19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver