Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-1/2024 08.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov X1 Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(059)-711/2023 saylı icra sənədinin icrasının dayandırılması barədə Borclu ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Borclu qətnamənin icrasının dayandırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnaməni almadığı üçün 11 dekabr 2023-cü il tarixli, e-2(059)-711/2023 saylı icra sənədinin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina edilməli və geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələlərinə icra məmurunun icraatın dayandırılması barədə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimatı ilə məhkəmə qaydasında baxılır. Lakin, Borclu buna riayət etmədən ərizə ilə məhkəməyə müraciət etmişdir ki, bu halda ərizənin məhkəmə baxışına qəbul edilməsi istisna edilir. Bununla da, hesab edirəm ki, ərizəyə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina edilməli və ona əlavə olunmuş sənədlərlə birlikdə borcluya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda, Borclu izah olunmalıdır ki, yuxarıda göstərilənlərlə bağlı aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 153.2.1, 263-264 və 266-268-ci maddələri rəhbər tutaraq, qərara aldı: Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, e-2(059)-711/2023 saylı icra sənədinin icrasının dayandırılması barədə Borclu ərizəsi məhkəmə baxışına qəbul edilməkdən imtina edilməklə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Borclu aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-1/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-1/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver