Məhkəmə qərarları › İş №8(059)-11/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-11/2023

19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-11/2023 19.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmilə Babayevanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmilə Babayeva təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Dövlət Notariat Ofisinin 09 sentyabr 2022-ci il tarixli, 8İ-1750 nömrəli icra qeydinin icra olunması üçün Borclu icra yerinə, Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2022-ci il tarixli qərarla icraata başlanılmış, Borclu cəmi 324,09 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsinə dair Siyəzən Rayon Dövlət Notariat Ofisinin 09 sentyabr 2022-ci il tarixli, 8İ- 1750 nömrəli icra qeydi icra olunması üçün Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilməklə, Elektron İcra Sistemi ilə 31 yanvar 2023-cü il tarixdə borcluya şöbəyə çağırış barədə, 01 fevral 2023-cü il tarixdə isə məcburi qaydada gətirilməsinə dair SMS bildiriş göndərilmişdir. Borclu bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, nəticədə 324,09 manat borcu qalmışdır. Ona görə də, icra məmuru təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, eləcə də, tələbkarın və Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslarla görə təmin edilməlidir. Belə ki, göründüyü kimi, Siyəzən Rayon Dövlət Notariat Ofisinin 09 sentyabr 2022ci il tarixli, 8İ-1750 nömrəli icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən 15 sentyabr 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin, tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmişdir. Tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, Siyəzən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmilə Babayeva tərəfindən 06 fevral 2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxs icra məmurunun çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Siyəzən Rayon Dövlət Notariat Ofisinin 09 sentyabr 2022-ci il tarixli, 8İ-1750 nömrəli icra sənədinin icrası ilə əlaqədar Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə və borclunun olduğu yer üzrə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar