Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-16/2025 14.03.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(059)-508/2014 saylı qətnaməsi üzrə «ödənilməli olan sabit pul məbləğində tutulan alimentin miqdarının indeksasiya edilməsinə» dair X2nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 Maraqlı şəxs qarşı «ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksassiya edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(059)-508/2014 saylı qətnaməsi ilə Maraqlı şəxs 29 avqust 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 17 sentyabr 2014-cü il tarixdən başlayaraq tutulan 103 manat sabit pul məbləğində alimentin miqdarının ərizə verilən tarixdən hər il sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,98 misli həddində indeksassiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2014cü il tarixli, 2(059)-508/2014 saylı qətnaməsi ilə 17 sentyabr 2014-cü il tarixdən başlayaraq 29 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə aliment ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinin və Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanunun tələbi rəhbər tutularaq ərizənin təmin edilməsi xahiş edilmişdir. X1 və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(059)-508/2014 saylı qətnaməsinin surətindən görünür ki, 17 sentyabr 2014-cü il tarixdən başlayaraq hər ay 29 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 103 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2013-cü il tarixli sərəncamı ilə ölkə üzrə minimum əmək haqqının məbləği 2013-cü ilin 01 sentyabr tarixindən artırılaraq 105 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(059)-508/2014 saylı qətnaməsi ilə tutulmalı olan alimentin məbləği 103 manat müəyyən edilmiş, bu məbləğ 2014-cü il tarixə ölkə üzrə müəyyən edilmiş 105 manat minimum əmək haqqı məbləğinin 0,98 mislini təşkil etmişdir. Məhkəmə işin hallarını və hər iki valideynin uşaqlarını saxlamağa borclu olduğunu, ərizəçinin də hazırda işləyərək əmək haqqı aldığını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilərək, X2nın ərizə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyi nəzərə alınaraq, həmin tarixdən başlayaraq Maraqlı şəxs X2nın xeyrinə 29 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (hazırki halda 400x0,5=200 manat) indeksassiya olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(059)-508/2014 saylı qətnaməsi üzrə 17 sentyabr 2014-cü il tarixdən başlayaraq Maraqlı şəxs Həsənağa oğlundan 29 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində tutulan alimentin miqdarı xx.xx.2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs X2nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksassiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icrası Quba rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən Günel Quluzadə
Məhkəmə qərarları › İş №8(059)-16/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-16/2025
14.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver