Məhkəmə qərarları › İş №8(059)-21/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-21/2022

04.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-21/2022 04.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Borclu iştirakı ilə, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust və 15 noyabr 2021-ci il tarixli, 2(011)- 4932/2021 saylı icra sənədləri üzrə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasında baxaraq, müəyyənetdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətindəki “Nissan Sunny” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust və 15 noyabr 2021-ci il tarixli, 2(011)-4932/2021 saylı icra sənədlərinə müvafiq olaraq 27 may 2021-ci il tarixdən hesablanmaqla, 12 fevral 2015-ci il təvəllədlü X1, 08 noyabr 2017-ci il təvəllüdlü X2 və 09 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat, 15 noyabr 2021-ci il tarixdən başlayaraq isə qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul olunaraq, surətləri bildirişlə bərabər icra sənədləri üzrə Borclu icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Borcluya borcunu ödəməsi üçün qanunla nəzərdə tutulmuş müddətin verilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır. Hazırda borcun ümumi məbləği 3740 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Elektron icra informasiya sistemində borclu barəsində məlumatlara əsasən Borclu mülkiyyətində “Nissan Sunny” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan həmin əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatla tanış olduğunu bildirməklə, izahatında göstərdi ki, o, aliment borcunun məbləği üzrə hesablamalar aparmasa da, 3740 manat aliment borcu ilə razı deyildir. Belə ki, o, tələbkara rəsmi olmasa da, hər ay ayda iki dəfə, aybaay 150 manat olmaqla, şəxsən qeyri-rəsmi ödənişlər edir, habelə uşaqları ilə ünsiyyətdə olur. Bundan əlavə, o, tələbkara ilk icra sənədi verilərkən əvvəlcə 400 manat ödəniş də etmişdir. Eyni zamanda, “Nissan Sunny” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun istifadəsində olmaqla, satış qiyməti təxminən 13000-14000 manat olar. Beləliklə, o, mülkiyyətindəki qeyd olunan avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasına etiraz etmir. Tələbkara və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş mötəbər sənədlərin, o cümlədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust və 15 noyabr 2021-ci il tarixli, 2(011)-4932/2021 saylı icra sənədlərinə müvafiq olaraq 27 may 2021-ci il tarixdən hesablanmaqla, 12 fevral 2015-ci il təvəllədlü X1, 08 noyabr 2017-ci il təvəllüdlü X2 və 09 yanvar 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat, 15 noyabr 2021-ci il tarixdən başlayaraq isə qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədləri icra olunması üçün Siyəzən rayon İcra və probasiya şöbəsinə daxil olduqdan sonra onun icrasının təmin edilməsi məqsədilə müvafiq icra tədbirləri görülmüşdür. Təqdimata əlavə edilmiş sənədlərdən, o cümlədən Elektron icra İnformasiya sistemindən çıxarışdan və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 29 mart 2017-ci il tarixdə verilmiş AC seriyalı, 867365 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Sunny” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin Borclu adına qeydiyyata alındığı aşkar edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu icra sənədləri üzrə borcunu tam icra etməmiş və hal-hazıradək tələbin tam icrası üçün heç bir tədbir görməyərək qalıq borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında icra sənədlərinin tam icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, icra sənədləri tam icra olunmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, markası və dövlət qeydiyyat nişanlı qeyd edilən avtomobil mülkiyyət hüququ əsasında borcluya məxsusdur və mülkiyyət hüququ əsasında digər şəxslərin mülkiyyətinə keçməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust və 15 noyabr 2021-ci il tarixli, 2(011)-4932/2021 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Nissan Sunny” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikasının MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 avqust və 15 noyabr 2021-ci il tarixli, 2(011)-4932/2021 saylı icra sənədlərinin icrasının təmini məqsədi ilə Borclu mülkiyyətində olan “Nissan Sunny” markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə və Azərbaycan Respublikası DİN-in BDYPİ-yə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar