Məhkəmə qərarları › İş №8(059)-23/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-23/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-23/2023 05.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Tələbkar iştirakı ilə Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmə iclasında baxaraq, müəyyən etdi: Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinə görə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, qeydiyyat tarixi 12 may 2017-ci il olan çıxarışa əsasən X2 adına Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində ½ hissədə X2, ½ hissədə Tələbkar, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, qeydiyyat tarixi 24 avqust 2013-cü il olan çıxarışa əsasən Tələbkar adına Siyəzən rayonu, Qalaaltı kəndində yerləşən 0,1028 ha həyətyanı torpaq sahəsində ½ hissədə X2, ½ hissədə Tələbkar payları müəyyən edilməli, Tələbkar Azərbaycan Beynəlxalq Bankından 11 yanvar 2017-ci ildə götürdüyü 3750 manat məbləğində 27 faiz hesabı ilə kreditin tərəflərin 2017-ci ilin iyul ayına kimi faktiki yaşamaları nəzərə alınmaqla 2372,94 manat X1 alınıb Tələbkar ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 (on) gün müddətində könüllü icrasını təmin etmək üçün borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızına bildiriş göndərilmiş, lakin, könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Bu səbəbdən borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq orqanlara sorğular edilmişdir. İcra sənədi üzrə borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızı Tələbkar ödəməli olduğu 2372,94 manat məbləğində pulu ödəmədiyindən, sözügedən icra sənədinin icrasını təmin etmək üçün Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 8(059)-14/2022 saylı qərardadı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində X2 ½ hissədə payının üzərinə həbs qoyulmuşdur. Bundan sonra, 25 aprel 2023-cü il tarixli, 20/01-1 saylı protokola əsasən sözügedən əmlak Tələbkar satılmışdır. Ona görə də, Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi Elnur Piriyev borclunun mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Başiyev Əşrəf Qəribxan oğlu izahatında göstərdi ki, mübahisə predmeti olan torpaq sahəsi hərracda 2500 manat qiymətlədirilməklə ona satılmış, habelə qalıq məbləği borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızına ödəmişdir. Bundan əlavə, torpaq sahəsinə çıxarışı almaq üçün məhkəmənin müvafiq qərarı ilə torpaq sahəsi üzərinə qoymuş həbsin götürülməsi zərurəti yaranmışdır. Odur ki, təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasına etiraz etmir. Borcluya və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun və Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin surətindən görünür ki, Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızından 2372,94 manat pul alınaraq, Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 8(059)-14/2022 saylı qərardadının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş 25 aprel 2023-cü il tarixli, 20/01-1 nömrəli X4 X3 Protokolundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsi Tələbkar 2500 manata satılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(105)-2223/2021 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 8(059)-14/2022 saylı qərardadı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Tələb tam təmin olunmuşdur. Bu səbəbdən də, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərində həbsin saxlanmasına yaranmış zərurət aradan qalxmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə hesab edir ki, hazırda yaranmış zərurət aradan qalxdığından Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin təqdimatı təmin edilməli, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə həbs qoyulması barədə Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 8(059)-14/2022 saylı qərardadı ləğv edilməli, həmin qərardada əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50, 50.2, 50.5, 53-cü maddələrini və Azərbaycan Respublikası MPM-in 162, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə həbs qoyulması barədə Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 8(059)-14/2022 saylı qərardadı ləğv edilərək, həmin qərardada əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin borclu Vahabzadə (Baxşıyeva) Gülay Xanlar qızının adına qeydiyyata alınmış ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar