Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-24/2022 13.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra yerinə, yəni Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatını məhkəmə iclasında araşdıraraq, müəyyən etdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı icra sənədinin icra olunması üçün Borclu icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın borclunun, tələbkarın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan keçirilməsini mümkün saydı. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Elnur Piriyev 13 iyul 2022-ci il tarixli, 1543/22 nömrəli məktubla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsinə dair təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, hazırda yuxarıda qeyd edilən icra sənədi üzrə Borclu Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi zərurəti aradan qalxmış, həmçinin, Siyəzən rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən hazırkı təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra yerinə, yəni Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatı baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1 Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(059)-61/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu icra yerinə, yəni Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatı baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-24/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-24/2022
13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver