Məhkəmə qərarları › İş №8(059)-24/2025

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-24/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-24/2025 22.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3, Borclu iştirakı ilə, İddiaçı Tələbkar cavabdehlər Borclu və X2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)- 63/2021 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilməklə, Borclu Tələbkar xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulmalı, həmçinin Borclu və X1 müştərək qaydada Tələbkar xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutulmalıdır. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar olan borcunu hissə-hissə, yəni hər ay 100 manat olmaqla icra etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə Borclu tərəfindən onunla əsaslandırılmışdır ki, himayəsində iki azyaşlı övladı olmaqla, dörd nəfərdən ibarət ailə üzvləri ilə birgə on ildən artıq müddətdir kirayə mənzildə yaşayır. Belə ki, ailədə işləyib qazanc əldə edən və yaxud hər hansı pensiya, müavinət alan yoxdur. Həmçinin, Siyəzən rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Gündəlik muzdlu işlərdə işləyərək gündəlik təxminən 10-15 manat, aylıq isə təxminən 400-450 manat civarında gəlir əldə etsə də, bu gəlirlə həm ailəsinin dolandırır, həm də Tələbkar olan borcundan hissə-hissə ödənişlərini davam etdirir. Qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılmış bütün məhkəmə qərarlarına daim hörmətlə yanaşmış və hazırda da hörmətlə yanaşır. Lakin, ağır maddi ailə vəziyyətində olmaqla bərabər, satmaqla borcunu ödəyəcəyi heç bir əmlakı yoxdur. Odur ki, işə qəbul olunanadək borcun hissə-hissə, yəni hər ay 100 manat olmaqla, icra etməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, iclasına gəlməmiş, habelə məhkəməyə 18 aprel 2025-ci il tarixdə ərizə göndərək, ərizəsində, 20 aprel 2025-ci il tarixindən 05 may 2025-ci il tarixədək 15 günlük növbəli işdə olacağını qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, Borclu 25 mart 2024-cü il tarixdə eyni məzmunlu ərizə ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, bu məhkəmənin 24 aprel 2024-cü il tarixli, 8(059)-9/2024 saylı qərardadı ilə sonuncunun ərizəsi təmin edilməmişdir. Odur ki, borclunun eyni məzmunlu ərizəsinə hər il təkrar baxılmamalı olduğunu qeyd edib, bu ərizənin rədd edilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, sözügedən icra sənədi üzrə borcdan borclu tərəfindən cəmi 2370 manat məbləğində pul tələbkarın xeyrinə ödənilmişdir. Lakin, tələbkar icra sənədi üzrə borcun birdəfəlik ödənilməsini tələb etməklə yanaşı, əks təqdirdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Borclu, ərizəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə yanaşı izahatında göstərdi ki, gündəlik muzdlu işlərdə işləyərək sözügedən icra sənədi üzrə borcundan təxminən 2000-3000 manat məbləğində pul tələbkarın xeyrinə ödənişlər etsə də, sonuncu icra sənədi üzrə olan borcun tam ödənilməsini tələb edir. Əks təqdirdə barəsində inzibati protokol tərtib edilməsini icra məmurundan tələb edir. O, işlə təmin olunması üçün Siyəzən rayon İHB-na müraciət etmişdir. Eyni zamanda, əvvəldə borcun hissə-hissə icra edilməsi üçün məhkəməyə müraciət etmiş, habelə sonuncu müraciətindən hazırki vaxta kimi əmlak vəziyyətindən heç bir dəyişiklik olmamışıdır. Odur ki, işlə təmin olunanadək borcun hissə-hissə, yəni hər ay 100 manat olmaqla, icra etməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İşin araşdırılan hallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021cü il tarixli, 2(059)-63/2021 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulmalı, həmçinin Borclu və X1 müştərək qaydada Tələbkar xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutulması qət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 8(059)-9/2024 saylı qərardadı ilə, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 icra sənədinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, Borclu Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi bu məhkəmənin 24 aprel 2024-cü il tarixli, 8(059)-9/2024 saylı qərardadı ilə təmin edilməmiş, borclu tələbin əsasını dəyişmədən mahiyyət etibari ilə eyni məzmunlu, təkrar ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu özü də məhkəmə iclasında sonuncu müraciətindən hazırki vaxta kimi əmlak vəziyyətindən heç bir dəyişiklik olmadığını bildirmişdir. Beləliklə məhkəmə, Borclu Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinə münasibət bildirməklə belə hesab edir ki, sonuncunun eyni əsaslar ilə ərizəsinə baxılmış və bu məhkəmənin 24 aprel 2024-cü il tarixli, 8(059)-9/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Odur ki, yenidən həmin ərizəyə baxılması mümkün olmadığından, hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar