Məhkəmə qərarları › İş №8(059)-25/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-25/2022

13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-25/2022 13.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(059)-209/2021 nömrəli icra sənədinin icra olunması üçün Borclu1 və Borclu2 icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, borclular Borclu1 və Borclu2 müştərək qaydada cəmi 537,60 manat pulun tutulub, Tələbkar xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(059)-209/2021 nömrəli icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi 28 iyul 2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 (on) gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular Borclu1 və Borclu2 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclular icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışlar. Bundan əlavə, borclular bu günədək icra sənədi üzrə tələbi təmin etməmişlər. Eyni zamanda, borclular Borclu1 və Borclu2 məcburi gətirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş qərar onların ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də, rəis vəzifəsini icra edən Elnur Piriyev təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkara, borclulara, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(059)-209/2021 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, böyük icra məmuru tərəfindən 28 iyul 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin, tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmişdir. Tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən tərəfindən 23 sentyabr 2021-ci il tarixdə borcluların məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxslər Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edənin çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan Borclu1 və ünvan 1 ünvanında qeydiyyatda olan borclu İlyasov X1 Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(059)-209/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsinlər. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə və borclunun olduğu yer üzrə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar