Məhkəmə qərarları › İş №8(059)-3/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-3/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-3/2023 15.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(059)- 270/2022 saylı icra sənədinin icra olunması üçün Borclu icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev tərəfindən əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 250 manat Borclu, 250 manat isə borclu X1 tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədi 15 noyabr 2022-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 (on) gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Siyəzən şəhərinin Füzuli küçəsindəki 39 saylı evə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, habelə bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Bundan əlavə, digər borclu Eldar Məmmədov isə icra sənədi üzrə ona aid olan hissədə qeyd edilən borcunu tam şəkildə ödəmişdir. Eyni zamanda, Borclu məcburi gətirilməsi haqqında 28 dekabr 2022-ci il tarixdə qəbul edilmiş qərar onun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də, rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkara, borclulara, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, şöbənin rəisi Elnur Piriyev tərəfindən 17 noyabr 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin, tələb könüllü icra edilməmişdir. Həmçinin, Borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmiş, bu barədə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Həmçinin, tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi tərəfindən 28 dekabr 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisinin çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Siyəzən şəhəri, Füzuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olan Borclu Siyəzən Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(059)-270/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə və borclunun olduğu yer üzrə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar