Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-32/2023 13.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X2 iştirakı ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatla məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin icra olunması üçün Borclu icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev tərəfindən əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, borclu X1 Tələbkar xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul, eləcə də borclular X1 və Borclu müştərək qaydada Tələbkar təmir üçün çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı sonuncunun xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi 09 fevral 2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 (on) gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Siyəzən şəhərinin Füzuli küçəsindəki 39 saylı evə göndərilmişdir. Beləliklə, Borclu şöbəyə və digər orqanlara ünvanlandığı məktublardan da məlum olur ki, sonuncunun icra sənədindən, eləcə də sözügedən icra sənədi üzrə borclu qismində olan qardaşı Raman Sədrəddinovun tələbi yerinə yetirməməsinə görə Siyəzən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı ilə inzibati qaydada həbs olunmasından məlumatı vardır. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, habelə bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Eyni zamanda, Borclu məcburi gətirilməsi haqqında 26 iyul 2023-cü il tarixdə qəbul edilmiş qərar onun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də, rayon icra və probasiya şöbəsinin rəisi Elnur Piriyev təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi X4 təqdimatı müdafiə edərək, izahatında göstərdi ki, borclu X1 Tələbkar xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul, eləcə də borclular X1 və Borclu müştərək qaydada Tələbkar təmir üçün çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı sonuncunun xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi 09 fevral 2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra, Borclu ərizə ilə şöbəyə müraciət edərək bildirişi almamasını qeyd edərək icra sənədinin icrasından yayınmışdır. Belə ki, Borclu digər borclu, qardaşı Raman Sədrəddinova bənzər hərəkətlər etməklə, icra sənədinin icrasından yayınır. Bundan əlavə, o, şəxsən Borclu ilə əlaqə saxlayaraq sonuncuya icra sənədi barəsində ətraflı məlumat vermişdir. Eyni zamanda, tərəfindən 26 iyul 2023-cü il tarixdə qəbul edilmiş borclunun məcburi gətirilməsi barədə qərarın surəti Borclu göndərilmiş, habelə poçt göndərişinin izlənməsindən görünür ki, sözügedən qərar 03 avqust 2023-cü il tarixdə sonuncuya çatdırılmış, həmçinin həmin qərarda da, icra sənədinin mahiyyəti borcluya izah edilmişdir. Beləliklə, Borclu ətraflı məlumatı olmasına baxmayaraq, şöbəyə gəlməməsi və bildirişi almamasına dair bəhanələr irəli sürməsi borclunun icra sənədini icra etməkdən yayınması kimi qiymətləndirilir. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)- 63/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla belə, Tələbkar məhkəməyə ünvanladığı 13 noyabr 2023-cü il tarixli ərizəsində borclu barəsində məcburi icra tədbirlərinin tətbiq edilməsini tələb etmiş, Borclu isə 06 noyabr 2023-cü il tarixli ərizəsində maddi vəziyyəti yaxşılaşdıqdan sonra borcun ödənilməsinə başlayacağını bildirərək, icra sənədinin icrasına möhlət verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin surətindən görünür ki, borclu X1 Tələbkar xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul, eləcə də borclular X1 və Borclu müştərək qaydada Tələbkar xeyrinə sonuncunun təmir üçün çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəməəmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutularaq ödənilməlidir. Eyni zamanda, qeyd olunan icra sənədi icra olunması üçün aidiyyəti üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuş və şöbənin rəisi Elnur Piriyev tərəfindən 09 fevral 2023-cü il tarixli qərarla icraata başlanılmışdır. Həmçinin, tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi tərəfindən 26 iyul 2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, aidiyyəti üzrə borclunun qeydiyyatda olduğu ünvana göndərilmiş və sonuncu tərəfindən həmin qərar 03 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. Lakin, Borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmiş, bu barədə edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 8(059)- 30/2023 saylı qərardadı ilə Siyəzən rayon icra və probasiya şöbəsinin müvafiq təqdimatı əsassız olduğundan təmin edilməmiş, bu qərardad da məlumat üçün Borclu ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən rayon icra və probasiya şöbəsinin 26 iyul 2023-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərarının, eləcə də Siyəzən Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadının surətlərinin Borclu tərəfindən qəbul edilməsi sonuncunun icra sənədi, habelə görülən icra tədbirləri barədə məlumatlı olmasına dəlalət edir. Beləliklə, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxsin müvafiq icra sənədi barəsində lazımı qaydada məlumatının olmasına baxmayaraq, o Siyəzən rayon icra və probasiya şöbəsinin rəisinin çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Siyəzən şəhəri, Füzuli küçəsindəki 39 saylı evdə qeydiyyatda olan Borclu Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə və borclunun olduğu yer üzrə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-32/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-32/2023
13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver