Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-38/2023 06.12.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(059)-317/2023 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatına baxaraq, müəyyən etdi : Təqdimat əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, Borclu 05 may 2017-ci il təvəllüdlü X1 və 03 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 aprel 2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(059)- 317/2023 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Bundan sonra, 03 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmiş, həmçinin borcluya SMS bildiriş göndərilməklə şöbəyə dəvət edilmişdir. Beləliklə borcludan soruşulduqda sonuncu aliment üzrə heç bir ödəniş etməməsinin səbəbini psixoloji xəstəliyinin olması və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə alması ilə izah etmişdir. Bundan sonra, qeyd edilən xəstəxanaya 20 sentyabr 2023-cü il tarixdə müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq daxil olmuş 26 oktyabr 2023-cü il tarixli cavab məktubunda Borclu həmin Psixiatriya Xəstəxanasında 21 oktyabr 2023-cü il tarixdən müalicə alması müəyyən olunmuşdur. Bundan başqa, hazırda borclunun 2080 manat ödənilməmiş aliment borcu da vardır. Ona görə də, icra məmuru sözügedən icra sənədi üzrə icraatının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borcluya, tələbkara və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(059)-317/2023 saylı icra sənədinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 05 may 2017-ci il təvəllüdlü X1 və 03 yanvar 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 19 aprel 2023-cü il tarixdən başlayaraq, Borclu Tələbkar xeyrinə hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, yuxarıda adı qeyd edilən icra sənədi üzrə 03 iyul 2023-cü il tarixdə icraata başlanmış və Borclu tələbin könüllü olaraq 10 gün müddətinə icrası haqqında bildiriş göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X5 26 oktyabr 2023-cü il tarixli, 14029 nömrəli məktubunun surətindən görünür ki, xx xxxxxxxx 1990-cı il təvəllüdlü, Siyəzən rayonunun Məşrif kəndində qeydiyyatda olan Borclu 21 oktyabr 2023-cü il tarixdə X4 Diaqnostika Mərkəzinin göstərişi ilə qeyd edilən Psixiatriya xəstəxanasına qəbul edilmiş və hazırda müalicəsi davam etdirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1.3-cü maddəsinə əsasən borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(059)-317/2023 saylı icra sənədinin icrasının təmini məqsədi ilə kifayət qədər icra hərəkətləri edilməmişdir. Belə ki, icra məmuru icra sənədi üzrə icraatın dayandırılmasının əsası kimi borclunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” X6 müalicədə olmasına, o cümlədən oranın 26 oktyabr 2023-cü il tarixli məktubuna istinad etməsinə baxmayaraq, borclunun xəstəliyi ilə bağlı məqamlar təfərrüatlı şəkildə araşdırılmamış, o cümlədən xəstəliyin ağırlığı ilə bağlı əhəmiyyətli olan hallara dair mötəbər sübutlar toplanmamış, borclunun hazırkı vaxtda da ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunmasını əks etdirən əlavə sənədi, tibbi rəyi və ya mötəbər sübutu təqdimata əlavə etməmiş, o cümlədən təqdimatını kifayət qədər əsaslandıra bilməmişdir. Yəni, nə təqdimatla, nə də ona əlavə edilmiş hazırkı sənədlərlə Borclu əziyyət çəkdiyi ağır xəstəliyin nədən ibarət olmasını, o cümlədən onun ümumiyyətlə, hər hansı bir ağır xəstəlikdən əziyyət çəkməsini, məhz bu xəstəliyin ağırlığı ilə əlaqədar stasionar qaydada müalicə olunmasını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə, Borclu həqiqətən də, məhz ağır xəstəliyi ilə əlaqədar stasionar müalicə müəssisəsində müalicə olunmasına şübhələr yaranmışdır ki, bu şübhələrin də məhkəmə iclasında aradan qaldırılması mümkün olmamışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin İİ və İİİ bəndlərinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(059)-317/2023 saylı icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı kifayət qədər əsaslar olmadığından Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmilə Babayevanın icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatı təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263cü və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Siyəzən rayon icra və probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(059)-317/2023 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verə bilərlər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-38/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-38/2023
06.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver