Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-45/2022 02.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi Borclu iştirakı ilə Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, müəyyən etdi : Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 17 noyabr 2021-ci il tarixli qərarla icraata başlanılmış Borclu 15 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi tələb edilmişdir. Lakin, həmin müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, hazırda Borclu 2390 manat borcu yaranmışdır. Bu səbəbdən də, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də, rəis vəzifəsini icra edən təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul edərək, izahatında təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasına etiraz etmədi. Tələbkara və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın, eləcə də, Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 15 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 27 noyabr 2020-ci il tarixdən başlayaraq, Borclu X1 xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, yuxarıda adı qeyd edilən icra sənədi üzrə 17 noyabr 2021-ci il tarixdə icraata başlanılmış və Borclu tələbin könüllü olaraq icrası haqqında bildiriş göndərilmiş, lakin, tələbin icrası könüllü qaydada təmin edilməmişdir. Məhkəmə iclasında icra sənədinin icra olunmasını təsdiq edən sübutlar əldə edilməmişdir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi icra olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra sənədinin icrası üçün hər hansı bir tədbir görülmədiyindən, onun ölkədən getmək hüququ qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədilə müvəqqəti, yəni həmin icra sənədi üzrə yaranmış aliment borcu tam ödənilənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Tanrıverdiyev Azərbaycana Qarşı (şikayət № 33343/03)" 26 iyul 2007-ci il tarixli qərarından görünür ki, -Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması "araşdırmanın" ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. (bax Hornsbi Yunanıstana qarşı,xx.xx.1997-ci il tarixli qərar) - işdə yekun qətnamənin yerinə yetirilməsi üçün zəruri tədbirlər görməməklə, Konvesiyanın 6-cı maddəsinin 1-ci bəndinin müddəalarını bütün faydalı səmərəsindən məhrum ediblər. (bax: Burdov s 37). Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub. Məhkəmə belə nəticəyə gəlir ki, borclunun ölkədən çıxması icra sənədinin icrasını mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə icra sənədinin icrasının təmin edilməsi üçün əsas yarada bilər. Şərh olunanlara əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. xx xxxxxx 1983-cü il təvəllüdlü, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Sumqayıt Apellyasiya Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2351/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə müvəqqəti, yəni həmin icra sənədi üzrə yaranmış aliment borcu tam ödənilənədək məhdudlaşdırılsın. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrasına nəzarət Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-45/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-45/2022
02.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver