Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-52/2022 21.12.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı qətnaməsi ilə Tələbkar ilə Borclu arasında Siyəzən rayon qeydiyyat şöbəsində 02 aprel 2014-cü il tarixdə, 37 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 12 oktyabr 2018-ci il təvəllüdlü X1 anası Tələbkar himayəsində və yanında saxlanılmış, 12 oktyabr 2018-ci il təvəllüdlü Allahverdinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 24 iyun 2022-ci il tarixdən başlayaraq, Borclu Tələbkar xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən aliment pulunu hissə-hissə ödəməsi üçün ona möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra, Borclu başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, tələbkara olan 750 manat aliment borcunu hissə-hissə, yəni hər ay 50 manat olmaqla ödəməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə Borclu tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2018-ci il təvəllüdlü Allahverdinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 24 iyun 2022-ci il tarixdən başlayaraq, ondan Tələbkar xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı qətnaməsi qanuni qüvvəsini almadığı halda, mühafizəçi işlədiyi Siyəzən rayon Statistika İdarəsinə Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən göndərilmiş 01 dekabr 2022-ci il tarixli, **********/2022-64-5-004 nömrəli icra vərəqəsi ilə əlaqədar bildirir ki, o, Azərbaycan Respublikası adından çıxarılan dövlət aktına hörmətlə yanaşır, həmçinin övladının saxlanılması üçün əlindən gələn hər bir şeyi etməyə hazır olmaqla, bu onun valideynlik borcudur. Əfsuslar olsun ki, sözügedən aliment borcunu birdəfəyə ödəmək imkanı xaricindədir. Belə ki, əmək haqqı 278 manat olmaqla, banka kredit də ödəyir. Eyni zamanda, evi olmadığı üçün kirayədə yaşamaq məcburiyyətindədir. Odur ki, ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan Borclu ərizəsinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etməklə, yanaşı hər ay 150 manat sabit pul məbləğində alimentlə birlikdə qalan aliment borcunu hissə-hissə, yəni hər ay 50 manat olmaqla icra etməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar sonuncu ərizəyə münasibətdə izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu tərəfindən onun xeyrinə aliment ödənişi həyata keçirilməmişdir. Bununla belə, o, məlum qətnamə əsasında hər ay 150 manat sabit pul məbləğində alimentlə birlikdə qalan 750 manat aliment borcunun borclu tərəfindən onun xeyrinə hissə-hissə, yəni hər ay 50 manat olmaqla icra edilməsinə etiraz etmir. Ona görə də sonuncu ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə işə Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə tələbkarın və borclunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Tələbkar 21 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı qətnaməsi üzrə qalan 750 manat borcun hər ay 50 manat olmaqla, hissə-hissə borclu tərəfindən onun xeyrinə ödənilməsi barədə qərardad qəbul edilməsinə etiraz etmir. Borclu ərizəsi ilə tələbkara olan borcunu hissə-hissə, yəni hər ay 50 manat olmaqla, icra etmək iqtidarında olduğunu bəyan edir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə, Borclu məxsus tələbin üzərinə yönəldilə biləcəyi hər hansı bir daşınar və ya daşınmaz əmlakın olması müəyyən edilmədiyinə, maddi vəziyyətinə, onun Siyəzən Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 saylı icra sənədini icra etməklə ödənişləri həyata keçirmək niyyətinə görə, habelə icra sənədinin səmərəli icrasının təmini məqsədilə, icra sənədi üzrə mövcud borcun məbləğini, həmçinin tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılığını nəzərə alaraq, hesab edir ki, sözügedən qətnamə əsasında verilmiş icra sənədi üzrə yaranmış aliment borcunun hissəhissə icra edilməsi məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, Borclu ərizəsi təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin saylı 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 icra sənədi üzrə hazırkı tarixə yaranmış qalıq 750 manat aliment borcu Borclu hər ay 50 manatdan olmaqla, hissəhissə alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin saylı 18 noyabr 2022-ci il tarixli, 2(059)-456/2022 icra sənədi üzrə hazırkı tarixə yaranmış qalıq 750 manat aliment borcu Borclu hər ay 50 manatdan olmaqla, hissə-hissə alınaraq Tələbkar xeyrinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-52/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-52/2022
21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver