Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 8(059)-8/2022 04.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Oktay Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsi tərəfindən 22 yanvar 2020-ci il tarixdə verilmiş 2(067)-467/2020 nömrəli icra sənədinin icra olunması üçün Borclu icra yerinə, Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, 12 mart 2020-ci il tarixli qərarla icraata başlanılmış, Borclu 25 dekabr 2019-cu il tarixdən başlayaraq, 11 sentyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsi tərəfindən 22 yanvar 2020-ci il tarixli, 2(067)-467/2020 saylı icra sənədi icra olunması üçün Siyəzən rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 (on) gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Bununla yanaşı şöbənin böyük icra məmuru Oktay Allahverdiyev tərəfindən 16 mart 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, qeyd olunan qərarın surəti müvafiq qaydada borclunun ünvanına göndərilmiş və həmin qərardan da şikayət verilməmişdir. Hazırda borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, böyük icra məmuru Oktay Allahverdiyev təqdimatın təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə və Siyəzən rayon icra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar və ya nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun, tələbkarın, eləcə də Siyəzən rayon icra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslarla görə təmin edilməlidir. Belə ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən 22 yanvar 2020-ci il tarixli, 2(067)- 467/2020 nömrəli icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən 12 mart 2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün müddət verilmiş, lakin, tələb könüllü icra edilməmişdir. Həmçinin, borclu çağırış üzrə icra sənədinin icrası yerinə qəsdən gəlməmişdir. Tələb könüllü icra edilmədiyindən müvafiq icra tədbirləri görülmüş, böyük icra məmuru tərəfindən 16 mart 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, barəsində məcburi gətirilmənin tətbiq olunması xahiş edilən şəxs böyük icra məmurunun çağırışı ilə gəlməkdən, icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də təqdimat təmin edilməlidir. Belə ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Xaçmaz Rayon Məhkəməsi tərəfindən 22 yanvar 2020-ci il tarixli, 2(067)-467/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Siyəzən rayon icra və probasiya şöbəsinə və borclunun olduğu yer üzrə polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №8(059)-8/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №8(059)-8/2022
04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver