Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1017/2025 04.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Tələbkar Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə “İcrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında” 20 dekabr 2019-cu il tarixli qərarından şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarını ləğv edərək işin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixində səbəb olmadan əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin "xxxx" ASC-yə birləşməsi ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiası təmin olunmuş, qətnamə qəbul olunmuşdur. Qətnamə icra ounması üçün icra məmuru Qoşqar Məmmədova tapşırılmışdır. xx.xx.2019-cu ildə icra məmuru Sərvər Ramazanov işini icrası mümkün olmayan sənəd kimi geri qaytarmışdır. Səbəb "xxxx" ASC-nin "xxxx"-nin hüquqi varisi kimi tanımaq istəməməsi olmuşdur. Bu səbəbdən qətnaməsi bu günə kimi icra olunmamışdır. "xxxx" ASC yeni faəliyyətə başladığı gündən "xxxx"nin inzibati binasından, maşın mexanizmindən, əhalidən və müəssisələrdən yığılan enerji pulundan özü məşğul olmuşdur, özü idarə etmişdir. Avropa “İnsan hüquqlarının qorunması” məhkəməsinə də müraciət etmişdir. İşinə müsbət baxılıb və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşmasına imza atılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1017/2025 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməsi, Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə “İcrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında” 20 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). Həmin qərardaddan narazı qalan borclu "xxxx" Açıq Səhmdar Cəmiyyəti qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1017/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1017/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-250/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1017/2025 nömrəli qərardadının ləğv edilməsi, Tələbkar Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinin qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək borclunun əsas borclu "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmiş, borclu əsas borclu ilə əvəz edilmişdir. Məhkəmə iclaslarında iştirak edən Tələbkar izahatında bildirdi ki, sənədlərin bir nüsxəsi onda olmuş, yeni sənədləri isə sonuncu dəfə Ədliyyə Nazirliyindən götürmüşdür. Ona izah etmişlər ki, qərarı ləğv olunmuşdur. Ləğv olunduğu üçün yenidən məhkəməyə müraciət etməyi bildirmişlər. Nə vaxt və necə ləğv olunmağı, həmçinin çağrılmaması səbəbindən heç nədən xəbəri yoxdur. 2019-cu il tarixli qərarı bilməmişdir. Keçən il Ədliyyə Nazirliyinin onun işini geri qaytarması barədə məlumatlı olmuşdur. Dəqiq tarixi deyə bilmir, lakin təxmin edir ki, keçən ilin yay ayları idi. 2019-cu il tarixdə aldığı sənədlərin içərisində icra sənədinin geri qaytarılması barədə qərarı görməmişdir. Qeyd edilənlərə əsasən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq borclu "xxxx" ASC-nin nümayəndəsi və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə borclu "xxxx" ASC-nin nümayəndəsi və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə “İcrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında” 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Tələbkar əmək müqaviləsinə xitam verilməsinə dair "xxxx" ASC-nin xx.xx.2009-cu il tarixli, 28/ş saylı əmri ləğv edilməli, ev avadanlıqları üzrə mühəndis vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə orta əmək haqqı ödənilməlidir. Maraqlı şəxs 20 dekabr 2019-cu il tarixli qərarı ilə icrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin hüquqi varisinin "xxxx" ASC ilə əvəz edilməsi istiqamətində tədbirlər davam etdirilməsi məqsədilə icra məmuru tərəfindən xx.xx.2011-ci il tarixdə “Tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvə edilməsi haqqında qərar” qəbul edilmiş və icrası mümkün olmadığından Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Maraqlı şəxs icra məmuru Abusət Qasımov tərəfindən qəbul edilmiş xx.xx.2011-ci il tarixli “Tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında” qərar ilə "xxxx" ASC-nin hüquqi varisi "xxxx" ASC ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-120/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qərardan görünür ki, iddiaçı "xxxx" ASC Sumqayıt şəhəri üzrə İcra şöbəsinə qarşı “Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin icra məmurlarının tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarlarının” ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi isə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 123/2013 saylı, 17 iyul 2013-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayətlərinin təmin edilməməsi, hazırki iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 1059/2013 saylı, 10 oktyabr 2013-cü il tarixli qərarından görünür ki, üçüncü şəxslər X2, X7, X3, X4, X6 və X1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2013-cü il tarixli, 2-2(105)-123/2013 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-120/2013 saylı, 18 yanvar 2013-cü il tarixli qərarı ilə analoji işlər üzrə "xxxx" ASC-nin hüquqi varisi "xxxx" ASC ilə əvəz edilməsi barədə Maraqlı şəxs icra məmurlarının qərarları ləğv edilmişdir. Belə ki, 2(060)-1130/2010 saylı mülki iş arxivdən sorğu əsasında götürülərək öyrənilmiş və iş materiallarında olan xx.xx.2016-cı il tarixli Maraqlı şəxs İcra məmuru Pərvanə Novruzova tərəfindən qəbul edilmiş qərarda da göstərilmişdir ki, Maraqlı şəxs tərəfindən "xxxx" ASC-nin hüquqi varisi ilə əvəz edilməsi haqqında qərar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ləğv edilmiş və yuxarı instansiya məhkəmələri tərəfindən həmin qərar qüvvəsində saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 8(105)-250/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1017/2025 nömrəli qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə qərardadda göstəriş olaraq Tələbkar xx.xx.2019-cu il tarixli “İcrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında” qərarın hansı tarixdə rəsmi qaydada verilməsinin müəyyən edilməsi, o cümlədən tələbkarın qərarı aldıqdan sonra 30 günlük şikayət müddətini ötürübötürməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılması qeyd edilmişdir. Həmin faktın müəyyən edilməsi məqsədi ilə icra işi Maraqlı şəxs arxivindən tələb edilərək götürülmüş və icra işində qeyd edilən qərarın tələbkara verilməsi (göndərilməsi), tələbkar tərəfindən sənədi qəbul etməsi ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. O cümlədən mülki işin materiallarında xx.xx.2019-cu il tarixli qərarın surətinin Sumqayıt şəhər məhkəməsinə göndərilməsi ilə bağlı məktub olsa da bir nüsxəsinin Tələbkar göndərilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən qərarın məktubla tələbkara göndərilmiş olması belə hələ onun sənədi rəsmi qaydada alması anlamına gəlmir. Belə ki, K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 noyabr 2016-cı il tarixli qərarından görünür ki, tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. Qeyd olunmalıdır ki, qətnamənin məhkəmə tərəfindən tərəflərin ünvanına göndərilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Belə ki, qətnamənin rəsmi qaydada verilməsini təsdiq edən hal Mülki Prosessual Məcəllənin 135.2 və 135.3-cü maddələrində göstərilən şəxslər tərəfindən imzalanmış qəbzin və ya sənədin kötüyünün işə əlavə edilməsidir. “Larin və Larina Rusiya Federasiyasına qarşı” iş üzrə 7 iyun 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin məlumatlandırılmasının hansı üsulunun seçilməsinə baxmayaraq, məhkəmə bildirişi proses iştirakçılarına şəxsən imza edilməklə verilməlidir. Məhkəmə iclasının başlanğıcında iclasda iştirak etməyən şəxsə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişinin verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan sonra məhkəmə iclasının təxirə salınıb-salınmaması haqqında qərar qəbul edilməlidir. İstənilən halda tərəf lazımi qaydada məlumatlandırılmamışdırsa, məhkəmə iclası təxirə salınmalıdır. Eyni zamanda, tərəflərin məhkəmə iclasında iştirak etməməsi, onların məhkəməyə çağırılma şərtləri və onların gəlməməsi səbəbləri məhkəmə aktında öz əksini tapmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu Q.Hüseynovun şikayəti üzrə 29 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir. Bir sıra qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməsinin və məhkəmə sənədlərinin rəsmi qaydada təqdim olunmasının hüquq və azadlıqların məhkəmədə müdafiəsinin təmin edilməsi baxımından əhəmiyyətinə dair hüquqi mövqelərini ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, həmin mövqeləri nəzərə almayaraq, məhkəmələr tərəfindən oxşar səhvlərin buraxılması yolverilməz hesab edilir və prosessual qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). İcra haqqında Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs tərəfindən "xxxx" ASC-nin hüquqi şəxs olaraq fəaliyyətini davam etdirib- etdirməməsi, ləğv olunub-olunmaması, yenidən təşkil edilib-edilməməsi barədə araşdırılma aparılmadan icra sənədi icrası mümkün olmayan icra sənədi kimi geri qaytarıldığından Maraqlı şəxs “İcra sənədinin qaytarılması” barədə xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət ərizəsi təmin edilsin. Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə “İcrası mümkün olmayan icra sənədinin qaytarılması haqqında” 20 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Məhərrəmov
Məhkəmə qərarları › İş №8(060)-1017/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1017/2025
04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver