Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1024/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Tələbkar ASC-nin Maraqlı şəxs icra məmurunun qərarından şikayətinə dair iş üzrə (açar sözlər: icra məmurunun qərarından şikayət, geri qaytarma) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə Tələbkar ASC-nin Maraqlı şəxs icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-4187/2024 nömrəli icra sənədinə əsasən Borclu 912.30 (doqquz yüz on iki manat, otuz qəpik) mənat əsas, 95.96 (doxsan beş manat, doxsan altı qəpik) manat faiz, cəmi 1008.26 (bir min səkkiz manat, iyirmi altı qəpik) manat məbləğində pul və ödənilmiş 30.08 (otuz manat, səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq Tələbkar ASC-yə verilməlidir.
2. Maraqlı şəxs “İcra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)- 4187/2024 nömrəli icra sənədi borclunun adına heç bir əmlak aşkar edilmədiyindən və borcluda tələbin yönəldilə biləcəyi dəyərli əşya olmadığından məhkəməyə qaytarılmışdır.
Şikayət tələbi, proses iştirakçılarının izahatları
3. Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2025ci il tarixli “icra sənədinin qaytarılması haqqında'' qərarının ləğv edilməsi və icra sənədinin icrasının davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Şikayətin əsaslarına görə, Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-4187/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Tələbkar ASC-nin xeyrinə cəmi 1008.,26 manat məbləğində kredit borcun və 30.08 manat dövlət rüsumunun tutulması qərar verilmiş və icra sənədi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Hazırda qalıq borc olduğu kimi qalmaqdadır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-4187/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi qeyd edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Bildirilir ki, icra sənədi üzrə Borclu hazırda işləyir və əmək haqqı alır. Qeyd edilir ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarının surəti tələbkara xx.xx.2025-ci il tarixdə məlum olmuşdur.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar olunmasına baxmayaraq tələbkarın nümayəndəsi, borclu və icra məmuru məhkəməyə gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tələbkarın nümayəndəsinin, borclu və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Lakin Tələbkar ASC xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə ərizə göndərərək Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 8(060)-1024/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardan Tələbkar ASC tərəfindən xx.xx.2025-ci il tarixli verilmiş şikayətə baxılmadan sənədlərin tələbkara geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
8. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəkməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017ci il tarixli Qərarı: “İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.”
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; Maddə 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir; Maddə 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
Məhkəmənin mövqeyi
12. Məhkəmə şikayəti və tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır.
13. Belə ki, tələbkar şikayət ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
14. Odur ki, şikayət və əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır.
15. Göstərilənləri və MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Tələbkar ASC-nin Maraqlı şəxs icra məmuru Qönçə Süleymanlının “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarından verdiyi xx.xx.2025-ci il tarixli şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva