Məhkəmə qərarları › İş №8(060)-1172/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1172/2025

29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1172/2025 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi Tələbkar, Borclu iştirakı ilə, Ərizəçi (tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Vətəndaş Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment məbləğinin indeksasiya edilərək, hər uşağa görə bu il üzrə minumum əmək haqqının 0,62 misli olmaqla, cəmi 738 manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə, sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024cü il tarixli qətnaməsi ilə cavabdeh Mehmanova Aypara Murtuza qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsinin cavabdehdən tutulan alimentin məbləği hissəsində dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 (altımış) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin Mehmanova Aypara Murtuza qızından tutularaq, Tələbkar ödənilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra ərizəçi Tələbkar məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarının indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60 (altmış) manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment məbləğinin indeksasiya edilərək, hər uşağa görə bu il üzrə minumum əmək haqqının 0.62 misli olmaqla cəmi 738 manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə, sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi Tələbkar tərəfindən verilmiş alimentin indeksasiya edilməsi barədə ərizə qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar xx.xx.2025-ci il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Mehmanov Tələbkar (Kərimova) Aypara Murtuza qızı ilə xx.xx.2025-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı 4 övladları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan övladlarının onun himayəsində qalması qət edilmişdir. Alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2074/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Mehmanova (Kərimova) Aypara Murtuza qızından tutularaq ona ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan Mehmanova (Kərimova) Aypara Murtuza qızı Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin2(105)- 1164/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi (hakim Afiq Hüseynzadə) ilə Mehmanova (Kərimova) Aypara Murtuza qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2074/2024 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin cavabdehdən tutulan alimentin məbləği hissəsində dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Mehmanova (Kərimova) Aypara Murtuza qızından tutularaq ona ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin Mehmanova (Kərimova) Aypara Murtuza qızı aliment öhdəliklərini vaxtı-vaxtında yerinə yetirməmişdir. O isə övladları ilə birlikdə maddi sıxıntı içərisində yaşayır. Bu məbləğ ilə övladlarının nə təhsil haqqını, nə geyimini, nə qidalanmasını çatdıra bilmir. Qarşı tərəf övladları ilə qətiyyən maraqlanmamış onların təlim tərbiyəsi ilə məşğul olmamışdır. Bir ata olaraq övladlarını tək başına təlim-tərbiyəsi ilə məşğul olub cəmiyyətə yararlı şəxs kimi böyüdür. Lakin qarşı tərəfdən aldığı alimentin məbləği çox az olduğu üçün uşaqlarını dolandıra bilmir. Sumqayıt Şəhər Məhkəməsinə alimentin indeksasiya olunması ilə bağlı müraciət edərək alimentin hər uşağa görə bu il üzrə minumum əmək haqqının 0.62 misli olmaqla cəmi 738 manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqı məbləğinin artımı ilə şərtləndirməklə, sonrakı artımlar nəzərə alınmaqla təyin edilməsi barədə qərar qəbul edilməsi barədə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-1172\2025 nömrəli qərardadına əsasən ərizə qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuşdur. xx.xx.2009cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Ərizə qalan hissədə təmin edilməmişdir. Qəbul edilmiş qərarın ədalətsiz olduğunu düşünür. Çünki onun aylıq gəliri çox aşağıdır və bununla övladlarının xərclərini qarşılaya bilmir. Sumqayıt Şəhər Məhkəməsi onu dinləmədən qərardad qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi Tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(060)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətlər qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizənin mahiyyətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu maddi imkanlarının aşağı oması səbəbindən ərizənin təmin olunmamasını xahiş etdi. Maraqlı şəxs icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh Mehmanova Aypara Murtuza qızının apellyasiya şikayətinin qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2074/2024 nömrəli qətnaməsinin cavabdehdən tutulan alimentin məbləği hissəsində dəyişdirilməsi, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Mehmanova Aypara Murtuza qızından tutularaq, Tələbkar ödənilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadındn görünür ki, ərizəçi Tələbkar tərəfindən verilmiş alimentin indeksasiya edilməsi barədə ərizə qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi Tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tələbkar Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 8(060)-246/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətlər qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-1172/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 2025-ci ilin yanvar ayının 1-dək 345 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnamə hər ay hər uşaq üçün 60 manat olmaqla, ümumilikdə 240 manat aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,17 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (60 manat/345 manat= 0,17) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borcludan 2024-cü ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin edilmiş hər ay 60 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,17 misli həddində indeksasiya edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar