Məhkəmə qərarları › İş №8(060)-1241/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1241/2025

13.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1241/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Borclu iştirakı ilə, Ərizəçi Tələbkar alimentin vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək himayəsində olan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-369/2025-003 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş 280 manat sabit pul məbləğində alimentin vaxtı-vaxtında hər ay ödənilməsi və hal-hazırki borcun tez bir zamanda ödənilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-369/2025-003 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 təyin olunan aliment məbləğinin (280 manat) Borclu alınıb, hər ay xx.xx.1997-ci il təvəllüdlü Tələbkar verilməsi qət edilmişdir. Lakin qətnamənin qəbul edilməsinə baxmayaraq hər ay alimentin ödənilməsi müntəzəm olmur, gecikmələr olur, icraçı X4 qarşı tərəfə yönəlik olaraq vaxt istəyir və dediyi vaxtda ödəniş olunmur. Hal-hazırda da xx.xx.2025-ci il tarixdə də oktyabr ayı üzrə təyin olunan aliment ödənilməyib, baxmayaraq ki, vaxt istənilib ,hətta sentyabr ayı üzrə olan ödəniş də oktyabrın 3-ü ödənilib və icraçı ilə əlaqə saxlayıb məlumat almaq istədikdə isə zənglərə cavab verilmir. Dəfələrlə icraçı X3 bildirmişdir ki, uşağın ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulan alimentin ödənilməsini müntəzəm qayda ilə hər ay ödətdirilsin, lakin heç bir nəticə yoxdur. Hal-hazırdakı borcu 280 manat oktyabr ayının ödənişi təmin olunmayıb. Ərizəçi Tələbkar məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin rədd edilməsini xahiş etdi. Eləcə də ərizəçinin ərizəsində qeyd etdiyi oktyabr ayı üçün yaranmış borcu- 280 manatı xx.xx.2025-ci il tarixdə ödədiyini bildirdi. Maraqlı şəxs icra məmuru məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43-cü maddəsinə əsasən, icra məmuru icra sənədinin icrasını təmin etmək üçün məcburi icra tədbirlərini təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. "İcra haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətıni çıxarmaq, əlavə materlallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. İşin faktiki hallarından və hüquqi əsasladırmasından göründüyü kimi ərizəçinin ərizəsində qeyd etdiyi 8(060)-369/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının borclu tərəfindən hər ay vaxtında ödənilməsinin təmin edilməsi icra məmurunun öhdəliyindədir. Belə ki, əgər icra məmurunun hərəkətsizliyi nəticəsində icra sənədinin icrası həyata keçirilmirsə bu zaman icra məmurunun hərəkətsizliyindən şikayət verilməlidir. Ərizəçinin ərizəsinin yaranmış borcun ödənilməsinə dair hissədə isə borclu tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Borclu oktyabr ayı üçün ödənilməli aliment borcunu xx.xx.2025-ci il tarixdə ödəmişdir. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, ərizəçi Tələbkar alimentin vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi barədə ərizəsi rədd olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ: Ərizəçi Tələbkar alimentin vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar