Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1267/2025 03.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1850/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “icra ödənişinin alınması” haqqında icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Borclu şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” haqqında 19 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1850/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2012-ci il tarixli 0626 saylı kredit müqaviləsi üzrə yaranmış 22482 ABŞ dolları əsas borc, 9302 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 1124 ABŞ dolları faiz borcu (5%) və 635 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 33543 (otuz üç min beş yüz qırx üç) ABŞ dolları məbləğində pul ödəniləcək günə, manata olan məzənnəsi nəzərə alınmaqla, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh Borclu məxsus ilkin satış qiyməti 32000 (otuz iki min) ABŞ dolları olan “Hyundai Sonata“ markalı, ** CU *** dövlət qeydiyyatı nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Göründüyü kimi, tutma “Hyundai Sonata“ markalı, ** CU *** dövlət qeydiyyatı nişanlı avtomobilə yönəldilmişdir. Buna baxmayaraq, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə tutma Borclu əmək haqqına yönəldilmişdir. Məhkəmə tərəfindən icra sənədində göstərilən “Hyundai Sonata“ markalı, ** CU *** dövlət qeydiyyatı nişanlı avtomobil icra üsulu qismində imperativ xarakter daşıyır. Həmin icra üsulu tətbiq edilmədən icra məmuru məhkəmə qərarı olmadan, digər icra üsulunun tətbiq edilməsi qanunazidd və əsassızdır. Bütün bu qeyd olunanları nəzərə alaraq Sumqayıt Şəhər İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” haqqında 19 iyun 2025-ci il tarixli qərarı ləğv olunmalıdır. Eləcə də Borclu vəsatətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” haqqında 19 iyun 2025-ci il tarixli qərarından şikayət verilmə müddətinin bərpa olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1850/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2012-ci il tarixli 0626 saylı kredit müqaviləsi üzrə yaranmış 22482 ABŞ dolları əsas borc, 9302 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün 1124 ABŞ dolları faiz borcu (5,%) və 635 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 33543 (otuz üç min beş yüz qırx üç) ABŞ dolları məbləğində pul ödəniləcək günə günə manata olan məzənnəsi nəzərə alınmaqla, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın cavabdeh Borclu məxsus ilkin satış qiyməti 32000 (otuz iki min) ABŞ dolları olan “Hyundai Sonata“ markalı, ** CU *** dövlət qeydiyyatı nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ilə tutma Borclu əmək haqqına yönəldilmişdir. Borclu qərardan gec xəbəri olmuşdur. Hüquqi savadı olmadığından qərardan şikayət verilmə müddətini də ötürmüşdür. Odur ki, yuxarıda qeyd olunanlara əsasən prosesual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən müvafiq qaydada olaraq ötürülmüş müddət bərpa edilməlidir. Məhkəmə iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar və icra məmuru lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-1850/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu 3991,61 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır. - Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə boclu tərəfindən verilən vəsatət münasibətdə hesab edir ki, Sumqayıt Şəhər İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” haqqında 19 iyun 2025-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa edilərək üzürlü hesab edilməlidir. İş materiallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1850/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin könüllü icrasını Borclu həyata keçirməmişdir. Buna görə də Maraqlı şəxs icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” barədə xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-1850/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu 3991,61 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır. “İcra haqqında” Qanunun yuxarıda sadalanan maddələrinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Beləliklə Maraqlı şəxs icra məmuru Tural İsayevin “icra ödənişinin alınması” barədə xx.xx.2025-ci il tarixli qərarı əsaslı olduğu üçün borclu tərəfindən verilən şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1850/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “icra ödənişinin alınması” haqqında icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Borclu tərəfindən verilmiş şikayət rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1850/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən “icra ödənişinin alınması” haqqında icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə Borclu tərəfindən verilmiş şikayət rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(060)-1267/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1267/2025
03.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver