Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1293/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi Borclu, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Borclu Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1669/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1669/2024 nömrəli, xx.xx.2025-ci il tarixli (icra sənədinin verildiyi tarix) icra sənədi üzrə ödənilməmiş 2747 (iki min yeddi yüz qırx yeddi) manat pul vəsaitinin hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 1669/2024 nömrəli, xx.xx.2025-cü il tarixli (icra sənədinin verildiyi tarix) icra vərəqinə əsasən Tələbkar MMC (VÖEN: **********) xeyrinə mən - Borclu 2700 (iki min yeddi yüz) manat məbləğində əsas borc və 47 ( qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəasiti tutulması müəyyən edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1669/2024-015 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən 5 gün müddətində könüllü icra etməsi təklif olunmuşdur. İcra sənədində qeyd olunan məbləği ərizəçinin birdəfəyə ödəmək imkanım yoxdur. Belə ki, ərizəçinin himayəsində dörd azyaşlı övladı - xx.xx.2011-ci təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 vardır. Həmçinin, hal-hazırda rəsmi iş yeri və mülkiyyətində də hər hansı bir əmlak yoxdur. Bununla yanaşı, ayda 50 manat olmaqla 700 manat məbləğində kredit ödənişi var. Mövcud icra sənədinə əsasən ödəməli olduğu 2747 ( iki min yeddi yüz qırx yeddi) manat pul vəsaitinin tutulması onu və ailəsini çox çətin vəziyyətə sala bilər. Ərizəçi icra sənədinə əsasən qeyd olunan məbləği hissə-hissə olmaqla, ayda 100 manat ödəyərək borcu bağlaya bilər. Lakin həmin məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Ərizəçi övladlarının məktəb xərclərini, ailə üzvlərinin qida xərclərini, banka olan kredit borcunu və.s çətinliklə qarşılamağa çalışır. Qeyd etdiyi kimi o, icra sənədində qeyd olunan 2747 (iki min yeddi yüz qırx yeddi) manat pul vəsaitini hissə-hissə olmaqla ödəyəcəyi, belə ki, ərizəçi öhdəliyinin nə olduğunu anlayır, lakin məhkəmədən xahişi, mövcud maddi və ailə vəziyyətini nəzərə alaraq icra sənədinin hissəhissə icra edilməsinin təmin olunmasından ibarətdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Borclu ərizəni müdafiə edərək ərizədə qeyd edilənləri təsdiq etdi, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X6 ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1669/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı Borclu ərizəsi ilə əlaqədar aşağıda göstərilənləri bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1669/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu 2700 (iki min yeddi yüz) manat məbləğində əsas borc və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Göründüyü kimi borclu borcun ödənilməsindən yayınmışdır. Hazırda borclu qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, bugünə qədər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğindən hər hansı ödəniş həyata keçirməmiş, bununla da məhkəmə qərarının icrasından yayınmışdır. Belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-1669/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi rədd olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRAR VERDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1669/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(060)-1293/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1293/2025
04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver