Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1295/2025 15.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Borclu1 iştirakı ilə, Borclular Borclu1, Borclu3, Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu1, Borclu3, Borclu2 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-878/2025-005 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Borclu2, Borclu1 və Borclu3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 1618micSUM/23 nömrəli əlavə kredit müqaviləsi üzrə 26269,25 manat əsas borc, 2518,80 manat faiz borcu və 213,80 manat cərimə borcu, kredit müqaviləsinin ləğvindən sonrakı müddət (2 ay) üçün isə 218,90 manat zərər (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 29.220,75 manat (iyirmi doqquz min iki yüz iyirmi manat 75 qəpik) məbləğində kredit borcu və 181,64 manat (bir yüz səksən bir manat 64 qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu1, Borclu3, Borclu2 göndərilmiş icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən Borclu1 az-az ödənişləri etdiyini, bizneslə bağlı ölkə xaricinə çıxma ehtimalının olduğunu bildirərək təqdimatın ona münasibətdə təqdim edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkar, icra məmuru və digər borclular lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borclulara göndərilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclular icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, onlara icra sənədini dərhal icra etməsi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmiş, habelə izahatları alınmışdır. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərar əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-878/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borcluların ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-878/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclular Borclu1, Borclu3, Borclu2 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(060)-1295/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1295/2025
15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver