Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-132/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tagızadənin sədrliyi, Pəri Murtuza qızı Vəlixanovanın katibliyi ilə Tələbkar iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizovun təqdimatına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4839/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 11253 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan icra sənədi üzrə Borclu X4 ilə xx.xx.1989-cu il tarixdən birgə nikah aktı qeydə alınmışdır. Elektron portaldan əldə edilən məlumata əsasən X2 məxsus avtomobilin olduğu məlum olmuşdur. Sözügedən avtomobil Borclu ilə birgə nikah zamanı alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-499/2023 saylı 07 iyun 2023-cü il tarixli qərardadına əsasən Borclu əri-X1 mülkiyyətində olan “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşınının üzərinə həbs qoyulmuşdur. Sözügedən icra sənədi üzrə Tələbkar keçirilən hərracda qiyməti 5420 manat olmaqla “Kamaz 5511” markalı, 985077 mühərrik nömrəli, özüboşaldan yük maşınını əldə etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Böyük icra məmuru G.Əzizov tərəfindən məhkəməyə təqdimat daxil olmuş və Sumqayət Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 8(060)-499/2023 saylı qərardadı ilə “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük maşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Tələbkar təqdimatı əsaslı hesab edərək bildirdi ki, borclu tərəfindən hazırda heç bir ödəniş həyata keçirilmir. O, hazırda sözügedən yük maşını onun mülkiyyətindədir. Bu səbəbdən təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İcra sənədi üzrə təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi və borclu məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə tələbkarı dinləyib, təqdimatı nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən,icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraata xitam verilməsi haqqında məsələlərə məhkəmə icraçısının təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya rədd edilməsi barədə qərardad çıxarır. Həmin Qanunun 45.7-ci maddəsinə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşə əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 12 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 4839/2022 saylı icra vərəqəsi əsasında X2 məxsus “Kamaz 5511” yük markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə "xxxx" MMC hərrac mərkəzi tərəfindən keçirilən hərracda qiyməti 5420 manat olmaqla Tələbkar əldə etmişdir. Məhkəmə, İcra məmurunun təqdimatını və icra işinin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə əmlaka qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun təqdimatı təmin edilsin. Sumqayət Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 8(060)-499/2023 saylı qərardadı ilə “Kamaz 5511” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük maşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-132/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-132/2024
19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver