Məhkəmə qərarları › İş №8(060)-1329/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1329/2025

22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1329/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi (tələbkar) Tələbkar iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun *5.*9.2*23-cü il tarixli qərarının ləğv edilməsi barədə Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi (tələbkar) Tələbkar şikayətlə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və qətnamənin yenidən icraya yönəldilməsi dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ərizəçiyə məxsus icra işi üzrə Maraqlı şəxs böyük icra məmuru Tural İsayev tərəfindən *5 sentyabr 2*23-cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar məhkəmə qətnaməsinin tələbləri tam icra olunmadan verildiyi üçün qanunsuzdur və ləğv edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 fevral 2*23-cü il tarixli, 2(1*5)-7*7/2*23 saylı icra vərəqəsi ilə ərizəçinin işə bərpa olunması və məcburi işburaxma dövrünün tam hissəsi üzrə əməkhaqqının ödənilməsi cavabdehin öhdəsinə qoyulmuşdur. Lakin icraat zamanı cavabdeh təşkilat tərəfindən ərizəçiyə yalnız 37611 manat ödənilmiş, məhkəmə qərarı ilə nəzərdə tutulan məbləğin qalan hissəsi, 339*8 manat ödənilməmiş qalmışdır. Bu halda icra sənədi tam icra olunmamış hesab edilir. İcra haqqında Qanunun tələbinə görə icraata yalnız icra sənədində nəzərdə tutulan bütün öhdəliklər tam yerinə yetirildikdən sonra xitam verilə bilər. İcra məmuru ödənilməmiş məbləğ olduğu halda icraata xitam verməklə qanunun tələblərini pozmuş, icra sənədinin tam icrasını təmin etməmişdir. Faktiki olaraq məhkəmə tərəfindən müəyyən olunmuş məcburi işburaxma əməkhaqqı tam ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq icra məmuru və borclu məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə *5.*9.2*23-cü il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 2*.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 2*.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 1* gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və, ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin qanunun 2*.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 2*.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 1* gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından göründüyü kimi Maraqlı şəxs icra məmuru İsayev Tural Cəfər oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədinin tam icra olunması səbəbindən icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Lakin icraat zamanı cavabdeh təşkilat tərəfindən ərizəçiyə yalnız 37611 manat ödənilmiş, məhkəmə qərarı ilə nəzərdə tutulan məbləğin qalan hissəsi, yəni 339*8 manat ödənilməmiş qalmışdır. Bu halda icra sənədi tam icra olunmamış hesab edilir. İcra haqqında qanunun tələbinə görə icraata yalnız icra sənədində nəzərdə tutulan bütün öhdəliklər tam yerinə yetirildikdən sonra xitam verilə bilər. İcra məmuru ödənilməmiş məbləğ olduğu halda icraata xitam verməklə qanunun tələblərini pozmuş, icra sənədinin tam icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun *5.*9.2*23-cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(1*5)-7*7/2*23 saylı, 27.*2.2*23-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun *5.*9.2*23-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elekrton Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar