Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-134/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7253/2019 saylı, xx.xx.2019-cu il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6193/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7253/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 434.64 manat pul vəsaiti tutularaq tələbkar “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6193/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 198 (bir yüz doxsan səkkiz) manat məbləğində borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı məbləğində pul alınıb Tələbkar1 QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur. Lakin o, icra məmurununun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2024-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbil edilmiş və tərəflərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və təqdimat vermiş şəxs xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7253/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 434.64 manat pul vəsaiti tutularaq tələbkar “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş Borclu rəsmi qaydada göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6193/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 198 (bir yüz doxsan səkkiz) manat məbləğində borc, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı məbləğində pul alınıb Tələbkar1 QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş Borclu rəsmi qaydada göndərilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Sumqayıt şəhəri üzrə İcra idarəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədləri üzrə icraata başlanılaraq borcluya tələblərin könüllü icrasıhaqqında bildirişlər təqdim edilmiş, lakin borclu tərəfindən tələblər könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurununçağrışlarından yayınmışdır. Məhkəmə tərəfindən borclu məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-134/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-134/2024
04.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver