Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1342/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Borclu1 və Borclu2, Tələbkar iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2086/2016 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədi üzrə borclular Borclu1 və Borclu2 barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 və Borclu2 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2086/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu2 17315 manat pul və Borclu1 13015 manat pul tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2016-cı il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş qaydada 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qərarın surəti bildirişlə bərabər Borclu1 və Borclu2 rəsmi olaraq göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. Lakin, çoxsaylı rəsmi və şifahi xəbərdarlıqlara və sms bildirişlərə baxmayaraq, borclular icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələb borclular tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu2 bildirdi ki, məktub ona gec çatdığına və atası vəfat etdiyinə görə İcra idarəsinə gec getmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 bildirdi ki, məktub barədə məlumatı olmamışdır. Lakin məktubu almamışdan əvvəl 2 dəfə İcra idarəsinə getmiş və icra məmuru ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayəti olmadığını bildirdi. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2086/2016 nömrəli, xx.xx.2026-cı il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu2 17315 manat məbləğində, cavabdeh Borclu1 isə 13015 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada alınaraq iddiaçı Tələbkar ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da, icra məmurunun çağırışlarından yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu2 və Borclu1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(060)-1342/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1342/2025
07.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver