Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-1395/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Maraqlı şəxs icra məmuru X1 xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək “İcra sənədinin qaytarılması haqqında” Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra sənədinin icrasının davam etdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8İ-10082 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu Tələbkar ASC-nin xeyrinə, cəmi 8161,54 manat məbləğində kredit borcu və 25 manat dövlət rüsumunun tutulması qərarı verilmişdir və icra sənədi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra sənədinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq Borclu həmin icra sənədini icra etməmişdir. Hazırda qalıq borc olduğu kimi qalmaqdadır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8İ-10082 saylı, xx.xx.2025ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafıq tədbirlərin görülməsi qeyd edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. İcra sənədi üzrə Borclu hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyir və əmək haqqı alır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “İcra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin 8İ-10082 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarından göründüyü kimi Maraqlı şəxs icra məmuru X1 “İcra sənədinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli qərarı qəbul edən zaman icra sənədinin icrası istiqamətində bütün qanunamüvafıq tədbirlərin görülməsi qeyd edilsə də, Tələbkar ASC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8İ-10082 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən icra məmurunun icra sənədinin geri qaytarılması qənaətinə gəlməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Maraqlı şəxs icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8İ-10082 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8İ-10082 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(060)-1395/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-1395/2025
07.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver