Məhkəmə qərarları › İş №8(060)-141/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-141/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-141/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi,Şəhrəbanu Rəhim qızı Məmmədovanın katibliyi, ünvan 2qayıt Şəhər Məhkəməsinin 2(060)-2495/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ünvan 2qayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru ünvan 2qayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, ünvan 2qayıt Şəhər Məhkəməsinin 2(060)-2495/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 745.5 manat borc və 15 manat dövlət rüünvan 2u tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur. Lakin o, icra məmurununun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2023-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimattəmin edilməlidir. Belə ki, ünvan 2qayıt Şəhər Məhkəməsinin 2(060)-2495/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 745.5 manat borc və 15 manat dövlət rüünvan 2u tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ciil tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş Borclu rəsmi qaydada göndərilmişdir. İş materiallarından görünür ki, ünvan 2qayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən 27 dekabr 2023-cü il tarixdə borclunun məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə 27 dekabr 2023-cü il tarixli qərarına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurununçağrışlarından yayınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2qayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ünvan 2qayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar