Məhkəmə qərarları › İş №8(060)-149/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-149/2024

12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-149/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı əsasında aparılmış qiymətləndirmə hesabatının qanunsuz hesab edilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair X1 tərəfindən verilmiş ərizəni məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru E.Musəvinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı əsasında Sumqayıt şəhəri, 1-ci mkr., ev 45V-də yerləşən 89 saylı mənzilə dair aparılmış qiymətləndirmə hesabatının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, hazırki şikayətdə mübahisələndirilən qiymətləndirmə hesabatı "xxxx" MMC tərəfindən aparılmışdır. Həmin sənəd icra məmuru tərəfindən qəbul edilməmişdir. Göründüyü kimi icra məmuruna qarşı yönəlmiş tələb, onun hansı qərarından və ya hərəkətindən şikayət edilməsi ərizədə göstərilməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 152.1.1-ci maddəsini tətbiq edərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı əsasında aparılmış qiymətləndirmə hesabatının qanunsuz hesab edilməsi barədə Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə X1 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı əsasında aparılmış qiymətləndirmə hesabatının qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar