Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-159/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7624/2023 saylı iş üzrə verilmiş 22 dekabr 2023cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Məmmədov Rüfət Eldar oğlunun təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7624/2023 saylı iş üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə 3980,02 manat və 60,21 manat dövlət rüsumu tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Məmmədov Rüfət Eldar oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7624/2023 saylı iş üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra sənədi üzrə təqdimat verən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi, tələbkar "xxxx" ASC və Borclu məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı, icra işini nəzərdən keçirib, hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 24 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7624/2023 saylı iş üzrə verilmiş 22 dekabr 2023-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Lakin borclu tərəfindən borcun könüllü ödənilməsi təmin edilməmişdir. Könüllü icra üçün müəyyən olunmuş vaxt ərzindən borclu icra sənədini icra etməmiş və hazırkı vaxta kimi borcunu üzürsüz səbəbdən ödəməmişdir. Borclu icra sənədini icra etməkdən yayınır. İş materialları ilə müəyyən edilir ki, Borclu adına heç bir əmlak mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-in 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibatiiqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə qeyd edir ki, Borclu bu müddət ərzində borcunu ödəməkdən qəsdən boyun qaçırır, odur ki, təqdimatın təmin olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7624/2023 saylı iş üzrə verilmiş 22 dekabr 2023-cü il tarixli icra sənədi üzrə borclu – xx.xx.1962-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №8(060)-159/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-159/2024
04.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver