Məhkəmə qərarları › İş №8(060)-165/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-165/2024

04.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-165/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tagızadənin sədrliyi, Pəri Murtuza qızı Vəlixanovanın katibliyi ilə X1 iştirakı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(105)-2886/2021 saylı icra vərəqəsinə əsasən avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə X1 ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(105)-2886/2021 saylı icra vərəqəsinə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Ramil Babayev tərəfindən xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən tərəfindən “Honda CRV” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2886/2021 saylı qətnaməsi qeyd olunmuşdur ki, iddiaçı A G.Hüseynova və cavabdeh S.T.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021- ci il tarixli, 2(060)-4329/2021 saylı qətnaməsi «Birgə nikah dövründə əldə edilmiş "HONDA CRV" markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüquqları qeydə alınsın» hissəsində ləğv edilsin və həmin hissə qətnamədən xaric olunsun. Qətnamə - «Birgə nikah dövründə əldə edilmiş "HONDA CRV" markalı 99-XE- 655 dövlət qeydiyyat nişanlı avtomobil bərabər paylara bölünməklə 1/2 hissədə Tələbkar, 1/2 hissədə isə X4 payları müəyyən edilsin, iddia qalan hissədə təmin edilməsin və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin» hissəsində dəyişdirilmədən saxlanması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcar İdarəsinə icra vərəqəsi göndərilmişdir. Həmin icra sənədi Sumqayıt şəhəri üzrə İcar İdarəsinin İcra məmuru Ramil Babayevin icraatında olmuşdur. İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla 'HONDA CRV" markalı 99-XE- 655 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomaşın üzərində payların müəyyən olunması ilə bağlı qeydiyyatın aparılması ilə əlaqədar AR DİN Baş Dövlət Yol Polis idarəsinə məktub ünvanlanmışdır. AR DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən icra sənədi icra olunmuş və Sumqayıt Şəhəri üzrə icra idarəsinin rəisi ədliyyə müşaviri cənab Fuad Nəbiyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2022-ci il tarixli 1684/36 nömrəli məktubla göndərdikləri "HONDA CRV" markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2886/2021 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar BDYPİnin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Bundan sonra Sumqayıt şəhəri üzrə İca İdarəsinin İcra məmuru Ramil Babayev tərəfindən xx.xx.2022-ci il tarixində icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmisdir. Həmçinin, onun tələbkar X3 etibarnamə üzrə nümayəndəsi X7 arasında Sumqayıt şəhəri 4 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixində barışıq müqaviləsi bağlanmış və həmin müqavilədə qeyd olunur ki, 1) Bu Barışıq müqaviləsinin məqsədi X6 və Tələbkar arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 2) Birinci tərəf Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli e-2(060)- 2644/2023 saylı qətnaməsinə əsasən ikinci tərəfin ödəməli olduğu 2018 (iki min on səkkiz) manatın ona ödənilməsindən imtina edir. 3) İkinci tərəf Sumqayıt Apelyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(105)- 1763/2022 saylı qətnamələrinə əsasən 2012-ci il istehsalı olan Honda CR-V markalı 96XE655 dövlət qeydiyyat nişanlı avtomobildən Tələbkar düşən pay hissəsindən X4 xeyrinə imtina edir. 4) Bu barışıq müqaviləsinə əsasən X6 və Tələbkar bir-birlərinə qarşı heç bir iddia, tələbinin və şikayətinin olmamasını öhdələrinə götürürlər. Hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2886/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verildiyindən və Tələbkar tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2 (105)- 1763/2022 saylı qətnamələrinə əsasən 2012-ci il istehsalı olan Honda CR-V markalı 96XE655 dövlət qeydiyyat nişanlı avtomobildən Tələbkar düşən pay hissəsindən X4 xeyrinə imtina etməsinə baxmayaraq hal- hazırda Sumqayıt şəhəri üzrə İca İdarəsinin İcra məmuru Ramil Babayev tərəfindən "HONDA CRV" markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərindəki həbs ləğv edilməmişdir. Həmin avtomaşının üzərində həbsin saxlanılması onun mülkiyyət hüququmun məhdudlaşdırılması və onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmədə borclu S.T.Hüseynov ərizəni əsaslı hesab edərək bildirdi ki, hazırda tələbkarla aralarında razılıq olunmuş və barışıq sazişi bağlanmışdır. Eyni zamanda icra sənədi üzrə icraata xitam verildiyi üçün hesab edir ki, avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alıb, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunu dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli “Qərar”ın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2886/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş “Honda CRV” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil bərabər paylara bölünməklə 1\2 hissədə Tələbkar, ½ hissədə isə X4 payları müəyyən edilməlidir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən icra sənədi tam icra olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, 1) Bu Barışıq müqaviləsinin məqsədi X6 və Tələbkar arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. 2) Birinci tərəf Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli e-2(060)- 2644/2023 saylı qətnaməsinə əsasən ikinci tərəfin ödəməli olduğu 2018 (iki min on səkkiz) manatın ona ödənilməsindən imtina edir. 3) İkinci tərəf Sumqayıt Apelyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(105)-1763/2022 saylı qətnamələrinə əsasən 2012-ci il istehsalı olan Honda CR-V markalı 96XE655 dövlət qeydiyyat nişanlı avtomobildən Tələbkar düşən pay hissəsindən X4 xeyrinə imtina edir. 4) Bu barışıq müqaviləsinə əsasən X6 və Tələbkar bir-birlərinə qarşı heç bir iddia, tələbinin və şikayətinin olmamasını öhdələrinə götürürlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən,icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraata xitam verilməsi haqqında məsələlərə məhkəmə icraçısının təqdimatı əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya rədd edilməsi barədə qərardad çıxarır. Həmin Qanunun 45.7-ci maddəsinə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə, borclunun ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, icra sənədi üzrə borclu S.T.Hüseynovun əmlakına qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. X2 məxsus “Honda CRV” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar