Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-170/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, X1 Nazir oğlunun (maraqlı şəxs Cavabdeh) aliment məbləğinin artırılması və indeksasiya edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Nazir oğlu Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1164/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Mehmanova (Kərimova) Aypara Murtuza qızından, xx.xx.2009-cu il təvəllüdlü X2 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X3 oğlu və xx.xx.2014-cü il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq, hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Nazir oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və maraqlı şəxs işə baxılmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki X1 Nazir oğlunun (maraqlı şəxs Cavabdeh) aliment məbləğinin artırılması və indeksasiya edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Nazir oğlunun (maraqlı şəxs Cavabdeh) aliment məbləğinin artırılması və indeksasiya edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(060)-170/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-170/2025
04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver