Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-175/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, X3 tərəfindən verilmiş ödənilməli aliment məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli və 2(060)-2256/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 220 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-2256/2024 saylı qətnaməsi ilə xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutlması qət edilmişdir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanması üçün kifayət deyildir. Təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin aparılması üçün kifayət etmir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2256/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ərizəçi və borclu məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin göstərdiyi əsaslandırmanı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(060)-2256/2024 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 25 iyun 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, 25 iyun 2023-cü il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində maddi yardımın tutulub X4 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. AZ-İV seriyalı, 900882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25 iyun 2023-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X5r. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, AR Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli, 2(060)-2256/2024 saylı qətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən 25 iyun 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, 25 iyun 2023-cü il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində maddi yardımın tutulub X4 verilməsi qət edilmişdir. Qətnamədən həmçinin müəyyən edilir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsi üzrə müraciət etmiş və alimentin tutulmasının başlanma tarixi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddiaçının aliment barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Odur ki, 25 iyun 2023-cü il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli Cavabdeh xx.xx.2024-ci il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 2023-cü il üçün müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi (220:345=0,64) nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulması 6 fevral 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 üçün Cavabdeh xx.xx.2024-ci il tarixli qətnamə ilə qət edilmiş sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (220:345=0.64) 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-175/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-175/2025
27.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver