Məhkəmə qərarları › İş №8(060)-206/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-206/2024

19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-206/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 19333.21 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 19333.21 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və onlar tərəfindən icraata başlamaq haqqında qərar və bildiriş borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində tələb borclu tərəfindən təmin olunmamışdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.1-1 maddəsini rəhbər tutaraq, borclu şəxs xx.xx.1988-ci il təvəllüdlü Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, özü də icra məmuruna yaxınlaşmışdır. Əvvəllər onun iki iş yerində əmək haqqı yüksək olduğu üçün banklar tərəfindən ona yüksək miqdarda pullar verilmişdir. O da pulu götürmüş və istifadə etmişdir. İşlə bağlı müəyyən müddət fasilə olduğu üçün aylıq ödənişləri 1500 manat miqdarında olmuşdur. Əmək haqqı isə 3000 manat olmuşdur. Ailə xərcləri də olmuşdur. Bütün bunlar dayandığı üçün ödənişləri edə bilməmişdir. Bank fəaliyyətində də məhkəmə işləri ilə məşğul olmuşdur. Hal-hazırda əmək haqqından tutulmalar olur. Ödənişlərdən boyun qaçırmır. İki ayın ödənişi tutulmuş, üçüncü ayın ödənişi də tutulacaqdır. Özəl şirkətdə işləyir. Minimal əmək haqqı alır. 345 manat əmək haqqı təşkil edir. Banka müraciət etmiş və güzəşt müddətinin verilməsini xahiş etmişdir. Lakin güzəşt müddəti verməmiş və dəbbə pulunu hesablamışlar. O da çalışır ki, ödəniş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Borclu izahatını dinləyib, təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Qönçə Süleymanlı tərəfindən qəbul edilmiş 15 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata başlanılması, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi, icra təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlak üzərinə həbs qoyulması, qərarın surətinin bir gün müddətində məhkəməyə və tərəfə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Borclu ünvanlanmış 15 dekabr 2023-cü il tarixli, e312661/2023 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. İcranın könüllü təmin edilməsi təklif olunmuşdur. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Borclu icraata başlama haqqında qərarın və tələbin könüllü icrası barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdim etdiyi bildirişi imza etməklə qəbul etməsinə baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhəri üzrə İcra idarəsinə Borclu tərəfindən ünvanlanmış izahatdan görünür ki, öhdəliyində olan 32.302.42 manat pulu tam şəkildə ödəməyə imkanı yoxdur. Öhdəsində üç az yaşlı uşağı vardır. Hal-hazırda işsizdir. Azyaşlı uşağının birində xəstəlik vardır. Ona görə də bu vəziyyətlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında iştirak edən borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarından xəbərdar olduğunu bildirmiş, icra sənədi üzrə tələbkarın mənafeyinə uyğun olmayan minimum əmək haqqından tutulmaların olduğunu bildirmişdir. Lakin məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq icra sənədi üzrə borclu olduğu məbləğin ödənilməsi qaydası, göstərilən qaydada və məbləğə mütənasib olmamaqla, tələbkarın mənafeyinə uyğunlaşmayaraq, ağlabatan deyildir. Azərbaycan Respublikası Konstitusiyası sərbəst hərəkət etmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnu azadlıq hüququnun tərkib hissəsi kimi qəbul edərək Konstitusiyanın 28-ci maddəsinin İİİ bəndində aşağıdakı kimi müəyyənləşdirmişdir: “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi isə müəyyən edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquqvə azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmaldır”. Qeyd olunan konstitusiya normasının təbiəti ondan ibarətdir ki, ölkədən çıxmaq azadlığı Konstitusiya və qanunlarda müəyyən edilmiş əsaslarla məhdudlaşdırıla bilər və bu cür məhdudlaşdırma həyata keçirilərkən məhdudlaşdırma gözlənilən nəticəyə mütənasib olmalıdır. Ona görə də, ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulması barədə müraciətə baxarkən məhkəmələrin üzərinə digərləri ilə yanaşı Konstitusiyada nəzərdə tutulan halların – hüququn məhdudlaşdırılmasının qanunda nəzərdə tutulması və gözlənilən nəticəyə mütənasibliyinin aydınlaşdırılması tələb olunur. Sərbəst hərəkət etmək azadlığı milli qanunvericilik ilə yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə də öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən: 1. Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. 2. Hər kəs öz ölkəsi dədaxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. 3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. 4. Birinci bəndə daxiledilmiş hüquqlar xüsusi ərazilərdə qanuna müvafiq olaraq və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər. Eyni zamanda bu əsaslar milli qanunda nəzərda tutulmuş və demokratik cəmiyyətdə zəruri olmalıdır. Ona görə də, məhkəmə tərəfindən şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılarkən Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qanunilik və mütənasiblik tələblərindən əlavə müvafiq əsasların mövcudluğu və məhdudiyyətin tətbiqinin demokratik cəmiyyətdə zəruriliyi meyarları da yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilərabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyatakeçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlarolmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6057/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar