Məhkəmə qərarları › İş №8(060)-221/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-221/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-221/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, X2, Borclu Cavabdeh iştirakları ilə, X3 tərəfindən verilmiş ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsi ilə borclu Cavabdeh 22 iyun 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyanı aparmaqla borcludan tutulmalı olan alimentin minumum əmək haqqı məbləğinin (400 manatın) 0,74 misli məbləğində (296 manat) müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə X10 arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixli, 287 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X6 anası X5 yanında qalması, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, o, uşağın maddi təminatında əziyyət çəkir. X3 izahatında ərizənin təmin edilməsini xahiş etdi. Borclu Cavabdeh izahatında bildirmişdir ki, işsizdir. İki körpə uşağı vardır. Müharibə iştirakçısıdır. Moykada işləyir. Aylıq gəliri 300-400-500 manat civarında olur. İş olmayan vaxt ofisiant işləyir. 160 manat borcu qalmışdır. İmkanı olduqca da ödəniş edir. Məhkəmə, ərizəçinin və borclunun izahatını dinləyib, ərizəçinin göstərdiyi əsaslandırmanı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X11 ilə X10 arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixli, 287 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X6 anası X5 yanında qalması, 07 yanvar 2021-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2020ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. AZ-İV seriyalı, 465760 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22 iyun 2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X7r. Sumqayıt Şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli, AZ- İ seriyalı, 467548 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahı Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 21 aprel 2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin may ayının 18-ci günündə 200 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, AR Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2(060)-1592/2021 saylı qətnamədən görünür ki, 22 iyun 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Odur ki, 22 iyun 2020-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli Cavabdeh xx.xx.2021-ci il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 07 yanvar 2021-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi (170:250=0,68) nəzərə alınmaqla hesablanmalıdır. Beləliklə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulması 18 fevral 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (170:250) 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar