Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-241/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 04 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumillikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tələbkar X1 xeyrinə tutulmalı, həmçinin, 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2441/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 04 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumillikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tələbkar X1 xeyrinə tutulmalı, həmçinin, 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsindən icraata daxil olmuş və borcluya könüllü icra haqqında bildiriş göndərilmiş, həmçinin xx.xx.2021-ci il tarixdə kötüyünə imza etdirilməklə yenidən təqdim olunmuş, lakin tələb təmin olunmamışdır. Bundan sonra Borclu izahatı alınmış və ona yığılmış aliment borcunu tam ödəməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Tələb tam təmin olunmadığı üçün icra məmurunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və yaranmış aliment borcunu ödəmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tələbkar xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən yaranmış aliment borcu Borclu tərəfindən tam ödənilmiş, buna görə də xx.xx.2022-ci il tarixli qərarla onun ölkədən çıxışına qoyulmuş məhdudlaşdırma götürülmüşdür. Sonrakı dövr ərzində Borclu tərəfindən aliment ödənişləri yenidən tam həyata keçirilməmiş, hazırki icraat materiallarına əsasən icra sənədi üzrə 2398 manat aliment borcu (xx.xx.2024-cü il tarixədək hesablanmaqla) yaranmış, borclu aliment öhdəliyindən yayınaraq xx.xx.2024-cü il tarixdə ölkəni tərk etmişdir. xx.xx.2024-cü il tarixdə borclu barəsində axtarış qərarı qəbul olunaraq Sumqayıt Şəhər Polis İdarəsinə göndərilmişdir. Hesab edir ki, onun ölkədən getmək hüququ borc məbləği tam ödənilənədək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu (xx.xx.1984, Gəncə şəhəri, FİN:xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, səkkiz aydır ki, aliment borcu vardır. Əvvəl də borcu olmuşdur. Boşanan zaman ölkədən çıxışına bir dəfə də məhdudiyyət qoyulmuşdur. Sonra onun yanına gəlmiş və Rusiya Federasiyasına getdiyi üçün məhdudiyyətin götürülməsini xahiş etmişdir. Bütün bu hadisələr 2022-ci ilin noyabr ayında baş vermiş, o da məhdudiyyətin götürülməsini xahiş etmişdir. Daha sonra bildirmişdir ki, pulları göndərəcəkdir. Təzə-təzə gedən zaman 200, 100 manat məbləğlərində pul göndərmişdir. Daha sonra gecikdirməyə başlamışdır. Bir müddət sonra isə eşitmişdir ki, fevral ayında ölkəyə giriş-çıxışı olmuşdur. Uşaqları ilə də maraqlanmır. Səkkiz aydır ki, ödəniş etmir. Ona görə də təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etmək xahiş olunmuş, tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə Borclu tərəfindən ünvanlanmış izahatdan görünür ki, icra sənədi barədə məlumatı vardır. Belə ki, qərarın surəti evə gəlmişdir. Borcu ödəməməyinə səbəb işsiz olmağıdır. Yanvar ayından iyun ayına kimi uşaqların bütün ehtiyaclarını qarşılamışdır. İyun ayından sonra işləmədiyinə və uşaqları ona göstərmədiklərinə görə alimenti ödəməmişdir. Oktyabr ayından sonra ödənişlərini edəcəkdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-684/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1984-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun mədudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxanadək məhdudlaşdırılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2246/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunması, inzibati həbsin əvvəlinin 31 avqust 2022-ci il tarixdən, saat 10:00-dan hesablanması qərara alınmışdır. Tələbkar ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixədək Borclu ona olan aliment borcunu tam şəkildə ödəmişdir. Borclu ölkədən çıxmaqla bağlı məhdudiyyətinin götürülməsini xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 684/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış Borclu üzərindən həmin məhdudlaşdırmanın götürülməsi qərara alınmışdır. Tələbkar xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2022-ci ilin noyabr ayında aliment borcu ilə bağlı aralarında razılaşdıqları üçün rəsmi ərizə ilə bağlı müraciət etmişdir. Lakin həmin tarixdən sonra iki ay ardıcıl, sonradan isə gecikdirə-gecikdirə bir neçə ay ona aliment ödənilmişdir. Sonuncu dəfə 2023-cü ilin oktyabr ayında 200 manat ödəniş edilmişdir. Üç aydan artıqdır ki, heçnə ödəmir. Onun hazırda 1798 manat aliment borcu vardır. Bildiyinə görə özü hazırda Rusiya Federasiyasındadır. Yaranmış aliment borcunun tam şəkildə ödətdirilməsi üçün Borclu barəsində tədbir görülməsi və onun ölkədən çıxışına qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə təqdimatın iş materiallarına əlavə edilmiş sənədlər əsasında təsdiq olunduğu üçün əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli qərarının 2-ci bəndinə əsasən qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda təqdimatın təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu şəxs Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu şəxs Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-241/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-241/2024
24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver