Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-247/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, X1 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə məhkəmənin icraatında olan 2(060)-8375/2025 saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək (hakim Elmir Hüseynov) bilavasitə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşad Cabbarov barədə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə icra məmurunun qanunsuz hərəkətləri barədə etdiyi şikayətlə əlaqədar yekun məhkəmə aktı qəbul edilənədək onların mənzildən çıxarılmaqları Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elşad Cabbarova qadağan edilməsi barədə məhkəmə aktı çıxarılanadək, xx.xx.2025-ci ildə onların mənzildən çıxarılmaqları barədə icra işinin təxirə salınmasına köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun əsaslandırılmış müraciətinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə salır (16.1). İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) bildiriş göndərilir (16.2). Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (16.3). Qanunun tələblərindən göründüyü kimi icra hərəkətlərinin təxirə salınması icra məmurunun səlahiyyətlərinə aid edilmişdir. İcra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edildiyi halda tərəflərin həmin qərardan, təxirə salınmadığı halda isə icra məmurunun hərəkətlərindən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən isə görünür ki, ərizəçi belə bir şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, icra hərəkətlərinin edilməsinin icra məmuruna qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, həmin şikayət ərizəsi hal-hazırda Sumqayıt şəhər məhkəməsinin icraatındadır. Bu səbəbdən məhkəmə hesab edir ki, X1 hazırki ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi analoji qaydada hazırki işə tətbiq edilərək X1 ərizəsinin qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada borcluya(ərizəçiyə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada borcluya (ərizəçiyə) təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №8(060)-247/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-247/2025
26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver