Məhkəmə qərarları › İş №8(060)-263/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-263/2024

14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-263/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6632/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, St.Sumqayıt Dəmiryol evi, PÇ-14 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 6632/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 2225 manat əsas, 699,75 manat faiz, 87,13 manat cərimə borcu olmaqla, cəmi 3011,88 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 50,12 manat tutularaq tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC-nə ödənilməlidir. İcra sənədi 07.01,2024-cü il tarixdə icraata daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə rəsmi xəbərdarlıq olunmuşdur, lakin o, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. xx.xx.2024-cü il tarixində borclunun barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru və borclu məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinun e-2(060)-6632/2023-007 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 2225 manat əsas, 699,75 manat faiz, 87,13 manat cərimə borcu olmaqla, cəmi 3011,88 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 50,12 manat tutularaq tələbkar "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMC-nə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da, icra məmurunun çağırışlarından yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Sumqayıt şəhəri, St.Sumqayıt Dəmiryol evi, PÇ-14 ünvanında qeydiyyatda olan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar