Məhkəmə qərarları › İş №8(060)-280/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-280/2025

04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-280/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4528/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4528/2024-005 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3079.76 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6445/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 1662.35 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədləri müvafiq tarixlərdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru, Borclu və tələbkar "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, borclu və tələbkar "xxxx" ASC-nin nümayəndəsinin iştirakları olmadan baxmağı mümkün hesab etdi. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Borclu dəfələrlə xəbərdarlıq olunmasına, bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsinin icrasını təmin etməmiş və çağırışlara gəlməkdən boyun qaçırmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə iş materiallarını araşdırıb və icra məmurunun təqdimatını nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4528/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6445/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4528/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar