Məhkəmə qərarları › İş №8(060)-318/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-318/2025

18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-318/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “OPEL VECTRA” minik markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 170/2024-033 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2801,18 (iki min səkkiz yüz bir manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun yarısı olaraq 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Dövlət rüsumunun qalan 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat hissəsi tələbkar "xxxx" ASC-yə aid edilməlidir.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat tələbkar "xxxx" ASC-dən və Borclu müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “OPEL VECTRA” minik markalı, 50CL122 dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. - 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Borclu 2801,18 (iki min səkkiz yüz bir manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun yarısı olaraq 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumunun qalan 27,82 (iyirmi yeddi manat səksən iki qəpik) manat hissəsinin tələbkar "xxxx" ASC-yə aid edilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh X3 münasibətdə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manatın tələbkar "xxxx" ASC-dən və Borclu müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Elektron məlumatdan görünür ki, Borclu adına “OPEL VECTRA” minik markalı, “**- CL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. İşin hallarından göründüyü kimi borclunun icra sənədi üzrə icra edilməli olan borc öhdəliyi mövcuddur. İcra haqqında qanunvericiliyə əsasən tələbin könüllü icra edilmədiyi halda icra məmurunun məcburi icra tədbirləri həyata keçirmək vəzifəsi yaranır. İcra məmurunun məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsini həyata keçirmək səlahiyyəti müəyyən edilmişdir. Nəticədə icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya xəbərdarlıq edilmişdir. Lakin könüllü icra müddəti ərzində tələb icra olunmadığından icra məmuru məcburi icra tədbiri görmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər; 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədinin icra edilməsi məqsədi ilə borcluya məxsus olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 658, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu məxsus “OPEL VECTRA” minik markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardadın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar