Məhkəmə qərarları › İş №8(060)-322/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-322/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-322/2025 28.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüsen qızının katibliyi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızının Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-51/2023-023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xx.xx.2019-cu il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək, uşağın doğum günündə saat 11:00-dan 15:00-dək, iki gündən ibarət bayram günlərində bir gün saat 11:00-dan 15:00-dək ünsiyyət vaxtı müəyyən olunmuşdur. İcra sənədi xx.xx.2023-cü il tarixdə onun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu Cəfərquliyeva (İsmayılova) Aygün Əkbər qızının icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə onlar tərəfindən qəbul edilərək borclu Cəfərquliyeva Aygün Əkbər qızının ********* və ********* mobil nömrələrinə SMS bildiriş göndərilmiş və tələbin icrası tələb edilmişdir. 21 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında icra məmuru Samir Məmmədov tərəfindən icra işi məhkəməyə təqdim olunaraq təqdimatın təmin edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, icra işinin dayandırılması üçün əsaslar müəyyən edilməmiş, borclunun icra İdarəsinə gəlmədiyini, şəhərdə olmaması və sair əsaslarla icra sənədinin icrasından yayındığını bildirmişdir. 25.04.25-ci il tarixdə tələbkar tərəfindən məhkəməyə ərizə ünvanlanaraq onun barəsinddə cinayət işinin bağlanmasına xitam verilməsi ilə bağlı qərarı məhəkəməyə təqdim etmişdir. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməcəyəcini bildirərək, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, təqdimattəmin edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən əsasən iddiaçı Tələbkar xx.xx.2019-cu il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 11:00-dan 16:00-dək, uşağın doğum günündə saat 11:00-dan 15:00-dək, iki gündən ibarət bayram günlərində bir gün saat 11:00-dan 15:00-dək ünsiyyət vaxtı müəyyən olunmuşdur. İş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızına rəsmi qaydada göndərilmişdir.Bundan əlavə icra işinin materiallarından və icra məmurunun məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, borclu icra sənədinin icrasından yayınır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağrışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurununçağrışlarından yayınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan borclu İsmayılova (Cəfərquliyeva) Aygün Əkbər qızı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar