Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-340/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, X1 sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə ne t d i :
1. X3 icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Sultanova (İsmixanova) Aytən Tərlan qızı - Cavabdeh ilə xx.xx.2007 il tarixdə Sumqayıt şəhər nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları var: xx.xx.2008 il təvəllüdlü X15 oğlu, xx.xx.2011 il təvəllüdlü X9 və xx.xx.2017 il təvəllüdlü X14 oğlu. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə aralarında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər nikah evində bağlanmış 630 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2008 il təvəllüdlü X15 oğlu, xx.xx.2011 il təvəllüdlü X9 və xx.xx.2017 il təvəllüdlü X14 oğlunun onun yanında qalması, Cavabdeh onun xeyrinə xx.xx.2008 il təvəllüdlü X15 oğlunun, xx.xx.2011 il təvəllüdlü X7 və xx.xx.2017 il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3257/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin aliment tələbinə dair hissəsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 120 manat olmaqla cəmi 360 manat aliment tutulub ona verilməsi qət edilmişdir. O, hazırda hər ay 360 manat sabit pul məbləğində aliment alır. Həmin məbləğdə aliment ilə də övladlarını saxlamaqda çətinlik çəkir. Borclu şəxs isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2025-ci il respublikada uşaqlar üçün yaşayış minimumunun 246 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və birgə nikahdan olan xx.xx.2008 il təvəllüdlü X15 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2017 il təvəllüdlü X14 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün borclu şəxsdən hər ay hər bir uşaq üçün minimum əmək haqqının 0.68 (272 manat) misli məbləğində aliment tutulub ona verilməlidir.
Tərəflərin izahatı:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş borclu və tələbkar məhkəməyə gəlməsələr də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
5. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). - 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.
6. "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı: Minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilsin.
7. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
9. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
10. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3257/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh 18 may 2020-ci il tarixdən başlayaraq birgə nikahdan xx.xx.2008-ci ildə doğulmuş Raul, xx.xx.2011-ci ildə doğulmuş Mələk və xx.xx.2017-ci ildə doğulmuş Davud adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi, bu hissədə qətnamənin dərhal icra edilməsi, digər hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası edilməlidir: 120 manat (qətnamə ilə tutulan alimentin məbləği (1 uşaq üçün) : 250 manat (2021-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,48. Göründüyü kimi, 120 manat 250 manatın 0,48 mislinə bərabərdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,48 misli həddində indeksasiya edilməlidir.
12. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində indeksasiya olunmalıdır.
13. İş materiallarından görünür ki, tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizə ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.
14. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. Şərh olunanlara əsasən xx.xx.2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli miqdarında aliment Cavabdeh alınaraq, X6 ödənilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2008 il təvəllüdlü X15 oğlu, xx.xx.2011 il təvəllüdlü X9 və xx.xx.2017 il təvəllüdlü X14 oğlunun saxlanılması üçün Cavabdeh X4 xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunsun.
3. Alimentin indeksasiya olunmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim Aynur Behbudova