Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(060)-347/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, Borclular Borclu2, Borclu1 və Tələbkar iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3441/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu2 və Borclu1 məcburi gətirilməsi barədə Sumqayıt Şəhər İcra İdarəsinin icra məmuru tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3441/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu2 və Borclu1 ünvan 1 ünvanında yerləşən 74 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalı, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Borclu2 və Borclu1 müştərək qaydada iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular Borclu2 və Borclu1 icra sənədində göstərilən ünvan 2 ünvanına göndərilmişdir. Lakin, borclular bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ata, ata rəhmətə getdikdən sonra evdə 2 qız yaşayır. 2 otaqları vardır. O, neçə illərdir ki, o evdə yaşayır. O ev atasından qalmışdır. Ev onun adınadır. Qardaşının oğlu Bakıda qalır. 30 ildir ki, o evdə qalmırlar. Gəlib onu hədələyib, incidir. Qardaşının oğlu sadəcə o evdə qeydiyyatdadır. O evi satmaq istəmir. Gəlib qonşulardan soruşa bilərlər. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu2 izahatında təqdimatın təmin olunmamasını xahiş etdi. İcra məmurunun yanına getmiş, ona bildirmişdir ki, xəbər edəcəkdir. Məhkəmə iclasında iştirak edən Borclu1 izahatında bildirdi ki, o, evdə yaşayır. Əgər pul istəyirsə versin. Onun başqa evi yoxdur. 70 yaşı vardır. Ev də ata və anasının evidir. Qonşulardan da soruşula bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi təqdimatda qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə təqdimata Sumqayıt Şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakı olmadan baxmağı mümkün hesab etdi. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, borclular Borclu2 və Borclu1 dəfələrlə xəbərdarlıq olunmasına, bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsinin icrasını təmin etməmiş və çağırışlara gəlməkdən boyun qaçırmışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə iş materiallarını araşdırıb və icra məmurunun təqdimatını nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3441/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu2 və Borclu1 Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-cü maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini tələblərini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3441/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu2 və Borclu1 Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №8(060)-347/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(060)-347/2025
17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver